ArazNews_Az (@ArazNews_Az) header
ArazNews_Az (@ArazNews_Az) profile picture
Joined April 2026
Photo by ArazNews_Az (@ArazNews_Az)Photo by ArazNews_Az (@ArazNews_Az)Photo by ArazNews_Az (@ArazNews_Az)Photo by ArazNews_Az (@ArazNews_Az)Photo by ArazNews_Az (@ArazNews_Az)Photo by ArazNews_Az (@ArazNews_Az)Photo by ArazNews_Az (@ArazNews_Az)Photo by ArazNews_Az (@ArazNews_Az)Photo by ArazNews_Az (@ArazNews_Az)Photo by ArazNews_Az (@ArazNews_Az)
🚨 CENTCOM: ABŞ Oman dənizində yük gəmisini sıradan çıxarıb Palau bayraqlı «Pacific Archer» gəmisinin İranın dəniz blokadasını yarmağa çalışdığı bildirilir. CENTCOM-a görə, xəbərdarlıqlardan sonra ABŞ təyyarəsi gəminin arxa hissəsini vurub.
16
🚨Tokayev: «Məscid əvəzinə kitabxana tikməliyik» Qazaxıstan Prezidenti ölkəsində məscid tikintisinin dəb halını aldığını bildirib. 1991-ci ildə Qazaxıstanda 68 məscid var idisə, hazırda onların sayı 2 888-ə çatıb.
2
🚨 Azərbaycanlılar üçün Almaniyada 4 min avroya qədər maaşla iş imkanı İki ölkə arasında razılaşmaya əsasən, rəsmi işə qəbul başlayıb. Maaşlar 2–4 min avro arasındadır. Namizədlərdən A2 səviyyəsində alman dili tələb olunur.
10
🚨 İsraildə İrana hücumla bağlı fikir ayrılığı Mossad rəhbəri Roman Qofman ABŞ-siz hücumu dəstəkləyir. Baş Qərargah rəisi Eyal Zamir isə təcili təhlükə görmür və ABŞ ilə birgə əməliyyata üstünlük verir. Tramp administrasiyası hələ qərar verməyib.
8
🚨 Əraqçı Cənubi Koreyaya xəbərdarlıq etdi; Seul: Müharibəyə qoşulmayacağıq Əraqçı xarici qüvvələrin Körfəzdə gərginliyi artıracağını deyib. Seul isə «Çonqhe» dəniz missiyasının genişləndirilməsinin yalnız vətəndaşları və ticarət gəmilərini qorumaq məqsədi daşıdığını bildirib.
2
🚨 Tramp: İran üzərində qələbə əldə etmək mümkündür ABŞ Prezidenti istədiyi vaxt qələbə qazana biləcəyini deyib. O, Tehrana hələ də razılaşma fürsəti verdiklərini, lakin İran İslam Respublikasının nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini bildirib.
10
🚨 Avstraliya sepahın iki agentinə sanksiya tətbiq edib Züheyr Həsib və Kazım Həmd 2024-cü ildə Sidneydə yəhudi restoranına və Melburnda sinaqoqa qarşı hücumları təşkil etməkdə ittiham olunur. Sanksiyalar terrorizmin maliyyələşdirilməsi ilə bağlıdır.
4
🚨 Ərdoğan üçtərəfli müdafiə sazişini təsdiqlədi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan sazişə görə, bir ölkəyə hərbi hücum hər üç ölkəyə hücum sayılacaq. Tərəflər daxili qanunlarına uyğun qarşılıqlı dəstək verəcəklər.
31
🚨Paşinyan: Rusiya sərhədçiləri Ermənistanı tamamilə tərk edəcək Ermənistanın Baş naziri bildirib ki, Rusiya sərhədçiləri qarşıdakı illərdə ölkədən çıxacaq və sərhədlərin mühafizəsini Ermənistan qüvvələri üzərinə götürəcək.
1
7
🚨 İran Naxçıvan sərhədinə hərbi texnika yığır? Sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirən İran səfirliyi çəkilişin vaxtı və yerinin məlum olmadığını deyib. Səfirlik hərbi texnikanın sərhədə yerləşdirildiyini açıq şəkildə təkzib etməyib.
15
🚨 ABŞ Ermənistan mədənlərində Rusiyanı əvəz edir Amerika şirkəti Teğut mis-molibden mədənini alıb. Ekspertə görə, ABŞ sanksiyaları Süngün və Arazın bu mədənlə əməkdaşlığını mümkünsüz edir, məhsulların İran üzərindən daşınması ehtimalını azaldır.
9
🚨 İraq İranla sərhəddə Sərtək keçidini bağlayıb Bağdadın əmri ilə Hələbçədəki Sərtək–Püştə keçidi bağlanıb. Şuşmi keçidinin də bağlanması mümkündür. Qərar neft qaçaqmalçılığı ilə bağlı araşdırmadan sonra verilib.
1
5
🚨 Küveytdə dron hücumunda iki italiyalı həlak olub İtaliya və Küveyt hücumu İrana aid edib. Bir küveytli və bir pakistanlı yaralanıb. Tehran ittihamı rədd edib. Avropa Komissiyasının sədri İrana təzyiqlərin artırılmasını istəyib.
6
🚨Azərbaycan–Aİ aviasiya danışıqları sürətlənir Bakıda Ortaq Aviasiya Məkanı sazişinin yekunlaşdırılması razılaşdırılıb. Görüşdə Orta Dəhliz, Bakı Limanı, Naxçıvan dəmir yolu və nəqliyyat əməkdaşlığı müzakirə edilib. Növbəti görüş 2027-ci ildədir.
13
🚨 Kuşner: İsrail daimi müharibə düşüncəsindən çıxmalıdır Trampın xüsusi nümayəndəsi İsraili iqtisadi diplomatiyaya çağırıb. O, Netanyahudan HƏMAS-ın tərksilahına dair «Sülh Şurası» planını dəstəkləməyi istəyib.
3
🚨Azərbaycan Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edib 2026-cı ilin ilk 10 ayında Ermənistandan dolayı idxal 96,5 min dollar olub. Azərbaycanın ümumi xarici ticarəti isə 5,7% artaraq 43,19 milyard dollara çatıb.
3
🚨 Nəim Qasım: «Biz İran üçün deyil, İran bizim üçün işləyir» Hizbullahın lideri Tehranla əlaqələrindən qürur duyduğunu bildirib. O, Livan Prezidentini tənqid edib, Hizbullahın silahlarını saxlamasını müdafiə edib və İsrail qüvvələrinin Livandan çıxmasını istəyib.
11
🚨Yaşar Gülər ABŞ-yə ilk rəsmi səfərini edəcək Türkiyənin müdafiə naziri 30 noyabr–3 dekabr tarixlərində ABŞ-də Pit Heqsetlə görüşəcək. F-16 və F-35 qırıcıları, CAATSA sanksiyalarının ləğvi və hərbi əməkdaşlıq gündəmdə olacaq.
3
🚨 İranın Küveytə dron hücumunda 4 nəfər yaralanıb Küveyt ordusu İran İslam Respublikasının ölkədə həyati əhəmiyyətli bir obyekti pilotsuz uçuş aparatı ilə hədəfə aldığını bildirib. Hücum nəticəsində 4 nəfər yaralanıb.
17
🚨 Üç gündə HƏMAS-ın üçüncü yüksək vəzifəli rəsmisi öldürülüb Xalid Əbu Nəda həyat yoldaşı ilə birlikdə Deyr əl-Bələhdə İsrailin hava hücumunda öldürülüb. Netanyahu və Kats onun ölümünü təsdiqləyiblər.
13