AİH İtaliyanın “Valvitalia Group” şirkəti ilə sənaye əməkdaşlığı imkanlarını müzakirə edib.
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) fəaliyyətinin mühüm istiqamətlərindən biri beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, qabaqcıl texnologiyaların və beynəlxalq sənaye təcrübəsinin ölkəyə cəlb edilməsi, eləcə də yerli istehsal potensialının artırılmasına və yüksək əlavə dəyərə malik rəqabətqabiliyyətli məhsulların istehsalına töhfə verə biləcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsidir.
Bu istiqamətdə fəaliyyətini davam etdirən AİH noyabrın 23-də Bakıda keçirilən Azərbaycan–İtaliya biznes-forumu çərçivəsində İtaliyanın aparıcı sənaye şirkətlərindən biri olan “Valvitalia Group”un nümayəndələri ilə müzakirələr aparıb.
Daha ətraflı: lnkd.in/dQZQcurj
#AzərbaycanİtaliyaBiznesForumu
#AzərbaycanİnvestisiyaHoldinqi #AİH
16
Azərbaycan–İtaliya iqtisadi tərəfdaşlığında yeni investisiya imkanları müzakirə olunub.
Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini, baş icraçı direktorun vəzifəsini müvəqqəti icra edən Dəyanət Sədullayev Azərbaycan–İtaliya biznes-forumu çərçivəsində keçirilən “Strateji və etibarlı tərəfdaşlar arasında iqtisadi əməkdaşlıq və investisiyaların yeni dövrü” mövzusunda plenar sessiyada çıxış edib.
Daha ətraflı: lnkd.in/dkr6WRqn
#AzərbaycanİtaliyaBiznesForumu
#AzərbaycanİnvestisiyaHoldinqi #AİH
24
Azerbaijan Investment Holding retweeted
Azərbaycan-İtaliya biznes forumu keçirilib.
Ətraflı – economy.shorturl.az/PmqVE
#EconomyAz
Səmərəli idarəetmə – dayanıqlı iqtisadi inkişafın əsaslarından biridir.
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2020-ci ildən həyata keçirilən dövlət şirkətlərinin sağlamlaşdırılması siyasəti çərçivəsində Azərbaycan İnvestisiya Holdinqinin yaradılması, holdinq idarəetmə modelinin tətbiqi və korporativ idarəetmə standartlarının təkmilləşdirilməsi dövlət şirkətlərinin fəaliyyətində keyfiyyət dəyişikliklərinə zəmin yaradıb.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə çıxışı zamanı aparılan islahatların nəticələrini belə qiymətləndirib:
“Bu gün bir sıra dövlət şirkətlərinin səmərəli fəaliyyəti, o cümlədən büdcəyə dividend daxilolmaları aparılan islahatların nəticəsidir”.
Nazir həmçinin vurğulayıb:
“Dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilməkdədir”.
Korporativ idarəetmənin gücləndirilməsi, şəffaflığın artırılması və maliyyə intizamının təmin edilməsi dövlət aktivlərinin səmərəli idarə olunmasına, uzunmüddətli dəyərin yaradılmasına və ölkə iqtisadiyyatının dayanıqlı inkişafına xidmət edir.
#Korporativİdarəetmə #İqtisadiSəmərəlilik #MaliyyəDayanıqlılığı
#AzərbaycanİnvestisiyaHoldinqi #AİH
25
17 Noyabr – Milli Dirçəliş Günüdür.
Bu əlamətdar gün Azərbaycan xalqının azadlığa, müstəqilliyə və milli birliyə can atmasının rəmzidir. Bu gün müstəqil Azərbaycan dövlətçiliyini və iqtisadi potensialını gücləndirərək inamla inkişaf yolunda irəliləyir.
Azərbaycan İnvestisiya Holdinqinin kollektivi xalqımızı 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbrik edir, ölkəmizə davamlı tərəqqi, sabitlik və yeni nailiyyətlər arzulayır.
Milli Dirçəliş Günümüz mübarək!
#17Noyabr #MilliDirçəlişGünü
#AzərbaycanİnvestisiyaHoldinqi #AİH
21
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi əsasını təşkil edir, qanunun aliliyinin qorunmasında, insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayır.
Konstitusiya Günümüz mübarək!
#12Noyabr #KonstitusiyaGünü
#AzərbaycanİnvestisiyaHoldinqi #AİH
34
Azerbaijan Investment Holding retweeted
Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına!
#Azərbaycan #9Noyabr #AzərbaycanBayrağı
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
#Azərbaycan #9Noyabr #AzərbaycanBayrağı
#AzərbaycanİnvestisiyaHoldinqi #AİH
38
9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.
Bu əlamətdar gün münasibətilə həmvətənlərimizi təbrik edir, bayrağımızın müstəqil Azərbaycanın hər bir nöqtəsində daim zirvələrdə dalğalanmasını arzulayırıq!
Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!
#Azərbaycan #9Noyabr #AzərbaycanBayrağı
#AzərbaycanİnvestisiyaHoldinqi #AİH
27
8 Noyabr – Zəfər Günü xalqımızın tarixində qürur və qəhrəmanlıq rəmzi, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış şanlı gündür.
Bu əlamətdar gün münasibətilə bütün azərbaycanlıları təbrik edir, bu möhtəşəm zəfəri bizə bəxş edən və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.
Zəfər Günümüz mübarək!
8 November – Victory Day is a symbol of national pride and heroism, a glorious day forever inscribed in the history of Azerbaijan.
On this significant occasion, we extend our heartfelt congratulations to all Azerbaijanis, honour the sacred memory of our martyrs who gave their lives for the Motherland and made this remarkable victory possible, and express our deepest gratitude to our veterans.
Happy Victory Day!
#Azərbaycan #8Noyabr #ZəfərGünü
#Azerbaijan #8November #VictoryDay
#AzərbaycanİnvestisiyaHoldinqi #AİH
#AzerbaijanInvestmentHolding #AIH
64
Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini, baş icraçı direktorun vəzifəsini müvəqqəti icra edən Dəyanət Sədullayev 5 noyabr 2026-cı il tarixində PMD Projects MMC-nin təşkilatçılığı ilə AIREX Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində “Məsuliyyətlə qur. Etibarla tamamla.” şüarı altında keçirilən “III Dayanıqlı Tikinti Sammiti”ndə iştirak edib.
Tədbir çərçivəsində tikinti və daşınmaz əmlak sektorlarının inkişaf perspektivləri, layihələrin məsuliyyətli, səmərəli və etibarlı şəkildə həyata keçirilməsi, eləcə də sektorda tətbiq olunan müasir yanaşmalar və praktiki həllər müzakirə olunub.
Sammit çərçivəsində Dəyanət Sədullayev “Paşa Real Estate Qrup”, “PMD Group”, SP Architects və Al Zaeem Emirates Real Estate şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlər zamanı şirkətlərin fəaliyyəti, həyata keçirilən layihələr və tikinti sektorunun aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
#AIREX2026 #IIIDayanıqlıTikintiSammiti
#AzərbaycanİnvestisiyaHoldinqi #AİH
30
Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorun müavini, baş icraçı direktorun vəzifəsini müvəqqəti icra edən Dəyanət Sədullayev EY şirkətinin əməkdaşlarının iştirakı ilə keçirilən ümumi toplantısında qonaq spiker qismində çıxış edib.
Görüş zamanı Dəyanət Sədullayev öz peşəkar təcrübəsini bölüşərək karyera inkişafı, peşəkar bacarıqların davamlı təkmilləşdirilməsi, yeni imkanların dəyərləndirilməsi və karyera perspektivlərinin genişləndirilməsi ilə bağlı fikirlərini və praktiki tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.
Peşəkar təcrübə və bilik mübadiləsinə imkan yaradan bu cür görüşlər fərqli sahələrin nümayəndələri arasında dialoqun genişlənməsinə, yeni yanaşmaların paylaşılmasına və əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verir.
#EY #AİH
31
Azerbaijan Investment Holding retweeted
🇦🇿 2026-cı ilin III rübü üzrə fəaliyyət nəticələrimizi təqdim edirik! 📊
🔗 socar.az/az/post/socar-in-20…
#SOCAR
Presenting our Q3 2026 performance highlights! 📊
🔗 Learn more: socar.az/en/post/socar-in-20…
Azərbaycan İnvestisiya Holdinqində (AİH) İndoneziya Respublikasının İnvestisiya və Emal Sənayesi üzrə nazir müavini Todotua Pasaribunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nümayəndə heyətində İndoneziyanın Azərbaycan Respublikasındakı səfiri Berlian Helmi, İndoneziyanın dövlət investisiya holdinqi “Danantara Indonesia”nın, eləcə də digər investisiya institutlarının nümayəndələri təmsil olunublar.
Görüş zamanı AİH-nin fəaliyyəti, həyata keçirilən təşəbbüslər və beynəlxalq investisiya tərəfdaşlıqlarının inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.
Tərəflər Azərbaycan və İndoneziya arasında investisiya əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə potensial birgə investisiya layihələrinin müəyyənləşdirilməsi və institusional əlaqələrin gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Görüşdə, həmçinin investisiya institutları arasında təcrübə mübadiləsinin və davamlı dialoqun əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb.
Azerbaijan Investment Holding (AIH) hosted a delegation led by Todotua Pasaribu, Vice Minister of Investment and Downstream Industry of the Republic of Indonesia.
The delegation included Berlian Helmy, Ambassador of Indonesia to the Republic of Azerbaijan, as well as representatives of Danantara Indonesia, Indonesia’s state investment management holding, and other Indonesian investment institutions.
During the meeting, the parties exchanged views on AIH’s activities and ongoing initiatives aimed at developing international investment partnerships.
Discussions focused on opportunities to expand investment cooperation between Azerbaijan and Indonesia, explore potential joint investment projects in areas of mutual interest, and strengthen institutional partnerships.
The meeting also highlighted the importance of continued dialogue and knowledge sharing between investment institutions to identify new avenues for future collaboration.
#AzərbaycanİnvestisiyaHoldinqi #AİH
#AzerbaijanInvestmentHolding #AIH
#DanantaraIndonesia #Indonesia
1
34
AİH-in nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) qərargahında Dövlət Mülkiyyəti və Özəlləşdirmə Təcrübələri üzrə İşçi Qrupunun 47-ci iclasında iştirak edib.
Daha ətraflı: lnkd.in/deHZjb4U
AİH delegation participated in the 47th meeting of the Working Party on State Ownership and Privatisation Practices, held at the headquarters of the Organisation for Economic Co-operation and Development (OECD - OCDE).
More details: lnkd.in/dgf6g8ij
#AzərbaycanİnvestisiyaHoldinqi #AİH
#AzerbaijanInvestmentHolding #AIH
#İƏİT #OECD
2
36




























