Vyanada Zəfər Gününə və Faiq Sücəddinovun yaradıcılığına həsr olunan tədbir
Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir və Azərbaycanın Xalq artisti, bəstəkar Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova bildirib ki, şanlı Zəfər Azərbaycan xalqının birliyinin, qəhrəmanlığının və tarixi ədalətin bərpasının simvoludur. O, Faiq Sücəddinovun Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən, çoxşaxəli yaradıcılığından və sənət yolundan söz açıb. Bəstəkarın əsərlərinin milli musiqi xəzinəmizdə xüsusi yer tutduğunu bildirib, tədbirin təşkilinə göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını ifadə edib.
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Avstriyada yaşayan soydaşlarımızı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaiətindən danışıb, bu tarixi günün xalqımız üçün xüsusi əhəmiyyətindən bəhs edib. Xaricdə yaşayan azərbaycanlıların milli-mədəni irsimizə bağlılığının qorunmasında, diaspor icmaları arasında birlik və həmrəyliyin möhkəmləndirilməsində bu kimi mədəni tədbirlərin əhəmiyyətini vurğulayıb.
Gecənin davamında Xalq artisti Faiq Sücəddinov sənət yolunun maraqlı məqamlarını, həyat və yaradıcılığı ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb. Sevilən əsərlərinin yaranma tarixçəsindən danışan bəstəkar bir neçə musiqi nümunəsini özü ifa edib. Onun canlı ifası və səmimi söhbəti iştirakçılara bəstəkarın yaradıcılığını daha yaxından tanımaq, tanış melodiləri fərqli ovqatda dinləmək imkanı yaradıb.
Zəfər Gününə həsr olunan bədii proqramda isə bəstəkarın əsərləri xüsusi yer tutub. Solist Fatimə Cəfərzadə Faiq Sücəddinovun bir sıra musiqi nümunələrini Aqşin Tariyeloğlunun tarda, Əhəd Nəbiyevin isə nağarada müşayiəti ilə ifa edib. Bəstəkarın da ifaçılara qoşulması musiqi proqramına xüsusi ahəng və yaddaqalan anlar bəxş edib.
Zəfər Gününün yaratdığı qürur və milli musiqimizin doğurduğu xoş duyğuların vəhdətində keçən gecə iştirakçılara unudulmaz anlar yaşadıb.
Tədbirdə Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev də iştirak edib
#AzDiaspora
#DiasporKomitəsi
#Azərbaycan #8Noyabr #ZəfərGünü
#Azerbaijan #8November #VictoryDay
Ərzurumda 8 Noyabr – Zəfər Gününə həsr olunan konsert keçirilib
Türkiyənin Ərzurum vilayətində yerləşən Atatürk Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunan konsert proqramı keçirilib.
Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun, Ərzurum Böyükşəhər Bələdiyyəsinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının və Ərzurum Azərbaycanlılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Ərzurumun rəsmi şəxsləri, Atatürk Universitetinin müəllim və tələbələri, şəhərdə yaşayan azərbaycanlılar və yerli sakinlər iştirak edib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Daha sonra Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədrinin müşaviri Pərviz Məmmədzadə çıxış edərək 8 Noyabrın Azərbaycan tarixinin ən şanlı günlərindən biri olduğunu bildirib. O, Qarabağ Zəfərinin yalnız hərbi qələbə deyil, eyni zamanda milli iradənin, vətənpərvərliyin və ədalət uğrunda mübarizənin təntənəsi olduğunu vurğulayıb.
Federasiya sədrinin müşaviri bu tarixi qələbə münasibətilə başda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və qazilərini təbrik edib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiram, minnətdarlıq və rəhmətlə anıb.
Ərzurum Azərbaycanlılar Birliyinin sədri Gülsevər Ənvərova çıxışında Zəfər Gününün tarixi və milli əhəmiyyətindən danışaraq bu əlamətdar günün Azərbaycan xalqının birliyinin, həmrəyliyinin və qürurunun təcəssümü olduğunu qeyd edib.
Ərzurum Böyükşəhər Bələdiyyəsinin baş katibi Zafer Aynalı Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb.
Rəsmi çıxışlardan sonra konsert proqramı Azərbaycandan dəvət olunan Habil Məmmədov və şagirdlərinin ifasında Azərbaycan və türk musiqilərinin təqdimatı ilə davam edib.
Zəfər Gününə həsr olunan tədbir Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verib.
#AzDiaspora
#DiasporKomitəsi
#Azərbaycan #8Noyabr #ZəfərGünü
#Azerbaijan #8November #VictoryDay
Tanınmış jurnalist, görkəmli ictimai xadim Mixail Qusman Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib
#AzDiaspora
#DiasporKomitəsi
#Azerbaijan #8November #VictoryDay
8 Noyabr - Zəfər Günü
#AzDiaspora
#DiasporKomitəsi
#Azərbaycan #8Noyabr #ZəfərGünü
#Azerbaijan #8November #VictoryDay
✔️Kanadanın Toronto şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib
✔️An event was held in Toronto, Canada, to mark November 8 – Victory Day and November 9 – the Day of the State Flag of the Republic of Azerbaijan
diaspor.gov.az/az/news-detai…
#AzDiaspora
#DiasporKomitəsi
#Azerbaijan #8November #VictoryDay
✔️Slovakiyanın Bratislava şəhərində yaşayan, sambo üzrə dəfələrlə dünya çempionu olmuş soydaşımız Sadiq Kərimovun yeni idman zalının açılışı olub
✔️The new sports gym of our compatriot Sadiq Karimov, a multipleworld champion in sambo residing in Bratislava, Slovakia, has officially opened.
diaspor.gov.az/az/news-detai…
#AzDiaspora
#DiasporKomitəsi
#Azerbaijan #8November #VictoryDay
✔️Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Ş.Yessenov adına Xəzər Texnologiyalar və Mühəndislik Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunan açıq intellektual dərs formatında tədbir keçirilib
✔️An event dedicated to November 8 – Victory Day was held in the format of an open intellectual lesson at the Azerbaijan Centre operating under the Sh. Yessenov Caspian University of Technology and Engineering in Aktau, Kazakhstan
diaspor.gov.az/az/news-detai…
#AzDiaspora
#DiasporKomitəsi
#Azerbaijan #8November #VictoryDay
Dünya azərbaycanlılarının Zəfər sevinci
#AzDiaspora
#DiasporKomitəsi
#Azərbaycan #8Noyabr #ZəfərGünü
#Azerbaijan #8November #VictoryDay
İstanbulda 200 azərbaycanlı uşağa ödənişsiz tibbi xidmət göstərilib
#AzDiaspora
#DiasporKomitəsi
#Azərbaycan #8Noyabr #ZəfərGünü
#Azerbaijan #8November #VictoryDay
“Zəfər adı xalqımıza çox yaraşır!”
#AzDiaspora
#DiasporKomitəsi
#Azərbaycan #8Noyabr #ZəfərGünü
#Azerbaijan #8November #VictoryDay
8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Türkiyə Respublikasının İğdır şəhərində silsilə tədbirlər keçirilib
#AzDiaspora
#DiasporKomitəsi
#Azerbaijan #8November #VictoryDay
✔️Azərbaycanın 8 Noyabr – Zəfər Günü Misir mətbuatında işıqlandırılıb
✔️November 8 – Victory Day of Azerbaijan was covered in the Egyptian Media
diaspor.gov.az/az/news-detai…
#AzDiaspora
#DiasporKomitəsi
#Azerbaijan #8November #VictoryDay
✔️8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Türkiyə Respublikasının İğdır şəhərində silsilə tədbirlər keçirilib
✔️A series of events was held in the city of Iğdır, Republic of Türkiye, to mark the 6th anniversary of November 8 – Victory Day
diaspor.gov.az/az/news-detai…
#AzDiaspora #DiasporKomitəsi #Azerbaijan #8November #VictoryDay
✔️İsveçin Yöteborq şəhərində Azərbaycanın şanlı Zəfərinin 6-cı ildönümünə həsr olunan şahmat turniri keçirilib
✔️A chess tournament dedicated to the 6th anniversary of Azerbaijan’s glorious Victory was held in Gothenburg, Sweden
diaspor.gov.az/az/news-detai…
#AzDiaspora #DiasporKomitəsi #Azerbaijan #8November #VictoryDay
✔️Kanadanın Ontario əyalətinin Hamilton şəhərində fəaliyyət göstərən Azərbaycan dili sinfində 8 Noyabr - Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib
✔️A celebratory event marking November 8 – Victory Day was held at the Azerbaijani language class in Hamilton, Ontario, Canada
diaspor.gov.az/az/news-detai…
#AzDiaspora #DiasporKomitəsi #Azerbaijan #8November #VictoryDay






























