Elchin Babayev (@RectorBabayev) header
Elchin Babayev (@RectorBabayev) profile picture

Rector of Baku State University / Elçin Babayev - Bakı Dövlət Universitetinin rektoru

Baku, Azerbaijan
Joined May 2021
Photo by Elchin Babayev (@RectorBabayev)Photo by Elchin Babayev (@RectorBabayev)Photo by Elchin Babayev (@RectorBabayev)Photo by Elchin Babayev (@RectorBabayev)Photo by Elchin Babayev (@RectorBabayev)Photo by Elchin Babayev (@RectorBabayev)Photo by Elchin Babayev (@RectorBabayev)Photo by Elchin Babayev (@RectorBabayev)Photo by Elchin Babayev (@RectorBabayev)
Bu gün Tbilisidə keçirilən I Gürcüstan-Azərbaycan Rektorlar Konfransı çərçivəsində BDU ilə Gürcüstanın 5 universiteti – İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti, Şota Rustaveli adına Batumi Dövlət Universiteti, Qori Dövlət Pedaqoji Universiteti və Vebster Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı. Bu əməkdaşlıq birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və akademik heyətin mübadiləsi, tədris və elmi resurslardan qarşılıqlı istifadə üçün yeni imkanlar açacaqdır. Əsas hədəfimiz imzalanan memorandumları konkret layihələrə və real nəticələrə çevirməkdir. İnanırıq ki, yeni tərəfdaşlıq əlaqələri iki dost və qonşu ölkənin universitetləri arasında elmi və təhsil əlaqələrinin inkişafına, gənclərimiz üçün yeni təhsil və tədqiqat imkanlarının yaradılmasına töhfə verəcəkdir.
6
11
24
534
Bu gün Tbilisidə I Gürcüstan-Azərbaycan Rektorlar Konfransı çərçivəsində “Ali təhsildə Gürcüstan-Azərbaycan əməkdaşlığı: Dialoqdan strateji tərəfdaşlığa” mövzusunda keçirilən panel müzakirədə iştirak və çıxış etdim. Ölkələrimiz arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq və ortaq tarixi-mədəni bağlar ali məktəblərimiz arasında əməkdaşlığın inkişafı üçün də geniş imkanlar yaradır. BDU Gürcüstan universitetləri ilə riyaziyyat, təbiət elmləri, astrofizika, Qafqazşünaslıq, arxeologiya və digər istiqamətlərdə birgə tədqiqatların aparılmasında, ikili diplom proqramlarının yaradılmasında, tələbə və akademik heyətin mübadiləsində maraqlıdır. Hesab edirik ki, Universitetimizin Qazax filialının coğrafi mövqeyi də kadr hazırlığı sahəsində əməkdaşlıq üçün əlavə fürsətdir. İnanırıq ki, ilk Rektorlar Konfransı Azərbaycan və Gürcüstan universitetləri arasında dialoqdan konkret fəaliyyətə, davamlı elmi və akademik tərəfdaşlığa keçid üçün mühüm başlanğıc olacaqdır.
1
2
34
485
15 noyabr – 107 il əvvəl Bakı Dövlət Universitetində ilk mühazirənin oxunduğu, milli ali təhsil tariximizin yeni səhifəsinin açıldığı gün.
5
5
2
38
730
Bu gün BDU-da “Qızların təhsilinə dəstək” layihəsinin iştirakçıları olan tələbələrimizlə görüşdük. Sevindirici haldır ki, BDU-nun 67 tələbə qızı bu layihədən yararlanıb. Onlardan 19-u bu il yüksək nəticələrlə universitetimizə qəbul olunan 1-ci kurs tələbəsidir. Azərbaycanın zəngin maarifçilik tarixində qızların təhsilinin xüsusi yeri var. Hacı Zeynalabdin Tağıyevin əsasını qoyduğu xeyirxah ənənələrin bu gün yeni təşəbbüslərlə davam etdirilməsi olduqca dəyərlidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsilin inkişafına göstərilən dövlət qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə fəaliyyəti gənc qızlarımız üçün yeni imkanlar yaradır. Qızlarımızın yalnız keyfiyyətli təhsil alması ilə yanaşı, həm də elmdə, peşəkar fəaliyyətdə və ictimai həyatda öz potensiallarını tam reallaşdırmaları bu layihənin əsas məqsədidir. İnanırıq ki, bu gün dəstək alan tələbələrimiz sabah öz uğurları ilə başqalarına ilham olacaq, gələcək nəsillərin təhsilinə töhfə verəcəklər. Bu dəyərli təşəbbüsə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Elm və Təhsil Nazirliyinə və Təhsilin İnkişafı Fonduna təşəkkür edir, bütün tələbə qızlarımıza uğurlar arzulayırıq!
6
14
53
565
Dövlət Bayrağı Gününüz mübarək!🇦🇿 #Azərbaycan #9Noyabr #AzərbaycanBayrağı #Azerbaijan
🇦🇿 Dostlarımızı sevindirən, düşmənlərimizi xar edən üçrəngli bayrağımız bütövləşən Vətənimizdə qürurla dalğalanır – bu torpaqların əbədi sahibinin kim olduğunu bir daha bəyan edir! Dövlət Bayrağı Gününüz mübarək! #Azərbaycan #9Noyabr #AzərbaycanBayrağı #Azerbaijan
1
8
250
Elchin Babayev retweeted
Bu gün Azərbaycan müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir.
189
9
843
14,288
Elchin Babayev retweeted
258
10
1,435
33,319
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin mahir sərkərdəliyi, qəhrəman Ordumuzun şücaəti və xalqımızın birliyi ilə qazanılan tarixi Qələbə milli yaddaşımızda əbədi yaşayacaqdır. BDU-da şəhid ailələrinin, qazilərimizin və tələbələrimizin eyni duyğuları paylaşması bir daha göstərir ki, bu Zəfər yalnız tariximizin şanlı səhifəsi deyil, həm də gələcək nəsillər üçün qürur və mənəvi güc mənbəyidir. Bu Zəfəri bizə bəxş edən qəhrəmanlarımızı daim minnətdarlıqla anacağıq!
3
15
53
612
44 günlük mübarizə, əsrlər boyu yaşayacaq Zəfər! 🇦🇿 “BDU könüllüləri” və “YENİ Klub”un təşəbbüsü ilə keçirilən fləşmob gənclərimizin Vətənə sevgisinin, milli birliyimizin və Zəfər qürurumuzun gözəl ifadəsidir. İnanıram ki, bu tarixi Qələbənin ruhu gənclərimizin qəlbində daim yaşayacaq! Zəfərimiz əbədi olsun!
8
30
88
617
Elchin Babayev retweeted
Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır! #Azərbaycan #8Noyabr #ZəfərGünü
1,875
1,548
5,950
164,451
Bir əsrlik tarix, milli yaddaşımızın səsi – Azərbaycan radiosu 100 yaşında! Bu əlamətdar yubiley münasibətilə BDU-da “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” mövzusunda Respublika elmi-praktik konfransı keçirildi. Azərbaycan radiosunun tarixi ilə BDU-nu birləşdirən xüsusi bağlar var. İlk radio əməkdaşlarının və diktorlarının əksəriyyəti Bakı Darülfünununun məzunları olub. Universitetimiz isə bir əsrə yaxın müddətdə radiojurnalistikanın elmi əsaslarının inkişafına və peşəkar jurnalist nəslinin yetişməsinə mühüm töhfələr verib. Yubileyə həm də gələcəyə yönəlmiş mühüm əməkdaşlıqla töhfə verdik. BDU ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC arasında imzalanan əməkdaşlıq müqaviləsi tələbələrimiz üçün yeni təcrübə, mentorluq və təlim imkanları yaradacaq, birgə elmi tədqiqatlara yol açacaq. Radionun zəngin ənənələri ilə rəqəmsal dövrün imkanlarının birləşməsi Azərbaycan jurnalistikasının inkişafına yeni təkan verəcək. Azərbaycan radiosunun 100 illiyi mübarək! Bu böyük tarixi yaradan, milli dilimizi, mədəniyyətimizi və yaddaşımızı səsləri ilə yaşadan bütün radio əməkdaşlarına dərin təşəkkürümü və ən xoş arzularımı çatdırıram!
2
5
32
381
🏛️ Bakı Dövlət Universitetinin C korpusu ✨ #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #BDUKorpus #Ckorpusu
4
9
165
Bu il 5 ili tamam olan “Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramından indiyədək BDU-nun 78 tələbəsi yararlanıb. Onlardan 14-ü artıq təhsilini başa vuraraq layihənin Məzunlar Şəbəkəsinə qoşulub. Bu rəqəmlərin hər birinin arxasında bir gənc qızın zəhməti və gələcək arzuları dayanır. Tələbə qızlarımızın təhsilinə dəstək üçün yaradılan belə imkanlar onların öz potensiallarını reallaşdırmasına və cəmiyyətimizdə daha fəal rol oynamasına əvəzsiz töhfə verəcəkdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun bu dəyərli təşəbbüsünü alqışlayır, bütün təqaüdçü qızlarımıza uğurlar arzulayırıq!
9
34
50
707
BDU-da Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirildi. Müzakirələrdə milli müstəqilliyimizin və dövlət təhlükəsizliyimizin möhkəmləndirilməsi, dövlətçilik dəyərlərinin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi məsələlərinə xüsusi diqqət yetirildi. Bu gün universitetlər yalnız bilik verən deyil, həm də milli kimliyini dərk edən, müstəqil düşünən, məsuliyyətli və ölkəsinin gələcəyinə töhfə verməyə hazır gənclər yetişdirən mühüm intellektual mərkəzlərdir. Ona görə də milli və ideoloji təhlükəsizliyin təmin olunmasında təhsilin rolu daha da gücləndirilməlidir. Ali təhsil müəssisələri zəngin elmi və akademik potensialından bu istiqamətdə səmərəli istifadə etməli, maarifləndirmə işini müasir və innovativ yanaşmalarla inkişaf etdirməlidir.
14
33
50
1,409
BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində alimlərimizin elmi əsərləri, dərslikləri və digər nəşrləri ilə təmsil olunur. Sərgi çərçivəsində BDU-nun təşkilatçılığı ilə beş kitab və jurnal təqdimatı keçiriləcək. Xüsusilə sevindiricidir ki, universitetimizin dosenti, uşaq yazıçısı Reyhan Şıxlinskaya (Yusifqızı) builki sərginin fəxri yazarlarından biridir. Reyhan xanımı ürəkdən təbrik edir, yaradıcılığında yeni uğurlar arzulayıram! Belə kütləvi tədbirlər, sərgi və festivallar elmi nailiyyətlərin daha geniş auditoriyaya çatdırılmasına, mütaliə mədəniyyətinin inkişafına və gənclərin kitaba marağının artmasına töhfə verir. Bütün kitabsevərləri BDU-nun sərgi stendini ziyarət etməyə və tədbirlərimizə qatılmağa dəvət edirik!
9
22
39
513
Elmə və təhsilə, gənclərin peşəkar hazırlığına göstərilən dəstək ən dəyərli investisiyadır! BDU-nun Geologiya fakültəsinin 15 tələbəsinin universitet-sənaye tərəfdaşlığı çərçivəsində 7 özəl şirkətin təqaüdünə layiq görülməsi bizi xüsusilə sevindirir. Azərbaycanın zəngin geologiya ənənələri və inkişaf edən sənaye potensialı bu sahədə elm, təhsil və istehsalatın sıx əməkdaşlığını zəruri edir. Universitetdə qazanılan nəzəri biliklərin sənayenin real təcrübəsi ilə birləşməsi həm yüksəkixtisaslı mütəxəssislərin yetişməsinə, həm də yeni elmi və texnoloji həllərin yaranmasına töhfə verəcək. Gənclərimizin inkişafına göstərdikləri dəstəyə görə tərəfdaşlarımıza təşəkkür edir, təqaüd qazanan tələbələrimizi ürəkdən təbrik edirəm. Əminik ki, bu əməkdaşlıq gələcəkdə daha çox gəncimiz üçün yeni imkanlar yaradacaq!
3
4
27
319
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü
16
26
61
512
Bu gün Bakı Dövlət Universiteti daha bir əlamətdar və tarixi görüşə ev sahibliyi etdi! Laos Xalq Demokratik Respublikasının Prezidenti cənab Thonqlun Sisulitinin universitetimizin professor-müəllim heyəti və tələbələri ilə görüşü keçirildi. Görüşdə Azərbaycan Respublikasının elm və təhsil naziri cənab @EminAmrullayev də iştirak edirdi. Azərbaycanla Laos arasında onilliklərə söykənən dostluq münasibətlərində təhsilin xüsusi yeri var. Vaxtilə Azərbaycanda təhsil almış Laoslu gənclərin yaratdığı mənəvi körpülər bu gün də ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət edir. İnanırıq ki, bu səmimi görüş mövcud əlaqələrin möhkəmlənməsinə, universitetlərimiz arasında yeni akademik tərəfdaşlıqların qurulmasına yeni töhfələr verəcəkdir. Laos dövlət başçısının tələbələrimizlə birbaşa ünsiyyəti və onların suallarını cavablandırması isə gənclərimiz üçün unudulmaz təcrübə oldu. Laos Xalq Demokratik Respublikasının Prezidenti hörmətli cənab Thonqlun Sisulitə BDU-ya və tələbələrimizə göstərdiyi diqqətə görə ürəkdən təşəkkür edirik!
9
15
51
452