Oxu.Az (@oxuaz) header
Oxu.Az (@oxuaz) profile picture

Oxu.Az-ın məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Bizi izləyin!

Azərbaycan
Joined July 2013
❗️ SOCAR və "Schneider Electric" Anlaşma Memorandumu imzalayıb ➡️ oxu.az/iqtisadiyyat/socar-ve…
42
İrəvanda bir qrup separatçı hökumət binasının qarşısında etiraz aksiyası keçirib. Buna səbəb Ermənistan hakimiyyətinin Qarabağda doğulmuş vətəndaşların yeni biometrik pasportlarında doğum yeri kimi Azərbaycanı göstərmək barədə qərarı olub. Qeyd edək, Ermənistan vətəndaşlığı almış Qarabağdan olan köçkünlərin yeni biometrik sənədlərində "doğulduğu yer" bölməsində "Azərbaycan" sözü yazılır. Separatçılar bu qərarla razılaşmırlar. Ölkənin Daxili İşlər Nazirliyi bu halı beynəlxalq standartlarla əsaslandırır. ©️Ermənistan KİV #İrəvan #aksiya #oxuaz
52
❗️ Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun apellyasiya şikayəti üzrə ilk məhkəmə iclası keçirilib. Oxu. Az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçirilən iclasda şikayətin dəlilləri və vəsatətlər dinlənilib, iş baxışa verilib. Qeyd edək ki, Ramiz Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə cəhd, dövlətə xəyanət, çirkli pulların leqallaşdırılması və külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Ona yaşı və səhhəti nəzərə alınaraq 14 il şərti cəza verilib. Həmçinin əmlakının müsadirəsi və dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsi qərara alınıb. #RamizMehdiyev #apellyasiyaşikayəti #Oxuaz
48
"Görüş dekabrın əvvəlində olacaq". Oxu. Az xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycana gözlənilən səfəri ilə bağlı yerli KİV-ə danışarkən bildirib. "Ancaq görüş Bakıda olmayacaq. Düşünürəm ki, ya Gəncədə, ya da başqa bir şəhərdə olacaq, ancaq Bakıda olmayacaq", - deyə A.Simonyan bildirib. #AlenSimonyan #Gəncə #Oxuaz
1
45
Azərbaycanda keçirilən beynəlxalq idman tədbirlərində baş hakimə gündə 100 manat, hakimlər briqadasının hər üzvünə və yarışın baş katibinə isə gündə 50 manat xidmət haqqı ödənilməsi nəzərdə tutulur. Oxu. Az-ın məlumatına görə, ölkə ərazisində keçirilən respublika səviyyəli idman tədbirlərində baş hakimin gündəlik xidmət haqqı 50 manat, hakimlər briqadasının hər üzvünün və yarışın baş katibinin gündəlik xidmət haqqı isə 25 manat təşkil edir. Xidmət haqqı hakimlərə vəzifələrini yerinə yetirdikləri günlər üçün digər maddi təminat növlərindən asılı olmayaraq ödənilir. Tədbirin keçirildiyi şəhər və ya rayon hakimin faktiki yaşayış yeri olduqda, ona ezamiyyə xərcləri üzrə müəyyən edilmiş normalara uyğun yemək xərci də ödənilir. #yüzmanat #oxuaz
45
Lənkəranda fərdi yaşayış evi tamamilə yanıb. #Lənkəran #yanğın #Oxuaz
62
Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budris “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskasa ölkəsinin “Diplomatiya ulduzu” mükafatını təqdim edib. Nazir bu barədə “X” hesabında paylaşım edib. O, Dambrauskasın Çempionlar Liqasında komandaya rəhbərlik edən ilk litvalı məşqçi olduğunu vurğulayıb və Litvanı dünya futbolunda tanıtdığına görə ona təşəkkür edib. Qeyd edək ki, Budris ötən gün Ceyhun Bayramovla birlikdə “Sabah” – “Barselona” matçını stadiondan izləyib. Görüş Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. #Sabahfk #Litva #Oxuaz
2
3
151
Azərbaycan nümayəndələri Ermənistana getdilər oxu.az/siyaset/azerbaycan-nu… #Sülhkörpüsü #oxuaz
85
"Barselona" futbol klubu Bakıdakı dəstəyə görə azarkeşlərinə minnətdarlıq edib. Oxu. Az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Bakıdakı dəstəyə görə hər birinizə minnətdarıq", - deyə klubdan bildirilib. Qeyd edək ki, UEFA Çempionlar Liqasının (ÇL) dünən keçirilən "Sabah" - "Barselona" oyununda Kataloniya təmsilçisi 1:4 hesabı ilə qələbə qazanıb. #BarselonaFK #SabahFK #Oxuaz
1
102
“Sabah” - “Barselona” oyununda evlilik təklifi. #Sabahfk #Barselona #Oxuaz
83
🔴Bakıda keçirilən "Sabah" - "Barselona" oyununu izləmək üçün Rusiyadan gələn azarkeş stadionda ölüb. Hadisə qarşılaşmanın ikinci hissəsində Bakı Olimpiya Stadionunda baş verib. Rusiyanın Krasnoyarsk diyarından gələn, 1987-ci il təvəllüdlü Anton Petrişşevin qəfil halı pisləşib və o, dünyasını dəyişib. İlkin ehtimala görə, ölümün səbəbi ürək çatışmazlığıdır. Faktla bağlı araşdırma aparılır. ©️Teleqraf
92
İran vətəndaşı olan ər-arvad saxta Rumıniya pasportları ilə Azərbaycana gələrkən Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıblar. Oxu. Az-ın əldə etdiyi məlumata görə, onlar 22 min avro ödəyərək saxta pasport alıb, adlarını Andrey və Yelena Popesku olaraq dəyişiblər. Cütlük Azərbaycandan Avropa ölkələrindən birinə getməyi planlaşdırıb. Məhkəmənin hökmü ilə Andrey Popesku 1 il 7 ay, Yelena Popesku isə 1 il 2 ay müddətinə azadlıqdan məhrum ediliblər. #Azərbaycan #İran #Oxuaz
81
⚡️ "İdmandan kənar": Anasının nişan üzüyü sayəsində dünya karatesinin brilyantına çevrilən karateçi Bəzən bir insanın həyatını dəyişmək üçün böyük sərvətə, imkanlara və ya nüfuzlu tanışlara ehtiyacı olmur. Bəzən bir valideynin fədakarlığı, bir uşağın arzusu və o arzunun arxasınca getmək üçün göstərdiyi inad kifayət edir. Rafael Ağayevin hekayəsi də məhz belə başlayır. Oxu. Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə uşaqlıqda ailəsinin maddi çətinliklərinə baxmayaraq, böyük arzularının arxasınca gedən, anasının fədakarlığı sayəsində ilk beynəlxalq yarışına qatılan və sonradan dünya karatesinin ən parlaq simalarından birinə çevrilən Rafael Ağayevin hekayəsindən bəhs edəcəyik. ➡️➡️ oxu.az/idman/idmandan-kenar-… #İdmandankənar #RafaelAğayev #Oxuaz
64
“Sabah” - “Barselona” oyununun ən yaxşı futbolçusu Entoni Qordon seçildi. #SababFK #BarselonaFK #oxuaz
75
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində iki türkiyəli məşqçi, Arda Turan və Emre Belözoğlu qarşı-qarşıya gəlib. Türkiyə millisindən komanda yoldaşı olan keçmiş futbolçuların 18 il əvvəl "PlayStation" oynadığı görüntülər yenidən gündəmə gəlib. Qeyd edək ki, Arda Turan rəhbərliyindəki "Şaxtyor" Emre Belözoğlu rəhbərliyindəki "Fənərbağça"nı Londonda qəbul edir. #ArdaTuran #EmreBelözoğlu #oxuaz
125
Andrey Arşavinin “Sabah”ın vurduğu qola reaksiyası. #AndreyArşavin #SabahFK #oxuaz
75
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Litvanın xarici işlər naziri Kestutis Budris “Sabah” - “Barselona” oyununu izləyiblər. Qeyd edək ki, matçda 1:4 hesabı ilə "Barselona" qalib gəlib. #CeyhunBayramov #KestutisBudris #SabahFK #Barselona #oxuaz
57
“Sabah” - “Barselona” oyununun xüsusi qonağı. #SabahFK #BarselonaFK #oxuaz
110