Lecturer |Marxist historian | Soviet and post-Soviet history | Ethnography| Views are my own

Baku
Joined March 2020
İsrail bəlkə də dünyada yeganə dövlətdir ki, müxaliflərin Azərbaycana mövqeyi az qala iqtidardakı blokdan daha yaxındır. Azərbaycan İsraildə səfirliyi açma qərarını 2022-ci ildə Yair Lapid iqtidarı zamanı vermişdi. Azərbaycan Spike Nlos raketlərini Netanyahunun digər əsas rəqibi Qadi Ayzenkot Baş Qərargah rəisi olduğu dövrdə almışdı. O vaxt müdafiə naziri olan Aviqdor Liberman Azərbaycana ən yaxın İsrail siyasətçisi idi. Bu foto 2018-ci ildə Azərbaycan Baş Qərargah rəisi Nəcməddin Sadıkovla Ayzenkotun görüşü zamanı çəkilib. Azərbaycan-İsrail hərbi əlaqələrinin ən dərinləşdiyi dövrlər idi. Elə həmin ildə Liberman böyük heyətlə Azərbaycana gəldi. İndi müxalifətdə olan Liberman İsrail siyasətində ciddi rol oynayır
I suspect that Netanyahu's defeat would change Azerbaijan's calculation of political risk. Aliyev has cultivated several powerful relationships simultaneously: Netanyahu, Trump, Israeli defense institutions and Erdogan. If Netanyahu leaves office, one part of that network becomes weaker. Baku would have an incentive to compensate by repairing other relationships particularly with Erdogan and AKP.
2
2
2
53
8,324
Prezident İlham Əliyevin bugünkü çıxışı zamanı Türkiyəyə göndərdiyi üstüörtülü mesajlar onu göstərir ki, oktyabrın 30-da baş tutmalı olan Ankaradakı TDT zirvəsinə qatılması ehtimalı xeyli aşağıdır. Prezident çox güman ki, cümə axşamına kimi Türkiyədən tələbləri ilə bağlı əlavə bir reaksiya gözləyib konkret qərarını verəcək. Azərbaycan prezident səviyyəsində orda təmsil olunmasa, digər türk ölkələri rəhbərlərinin də ora gəlmək ehtimalı aşağı düşə bilər. Azərbaycan kimi digər türk dövlətləri də siyasi İslamı özləri üçün təhlükə kimi görürlər. Onlarda da məktəblərdə baş örtüyü qadağan olunub və başa düşürlər ki, Azərbaycandan sonra Ərdoğan onlara da bu məsələdə təzyiq göstərə bilər. Bu səbəbdən hər biri Azərbaycanın yanında Ərdoğana qarşı birləşəcək. Vəziyyət kifayət qədər qarışıqdır. Çox güman ki, İlham Əliyev bu məsələdə kimin əli varsa, onun axırına qədər çıxmaq istəyir. Məncə, bu şəxs Hakan Fidandır. Ola bilsin ki, o, Azərbaycana təzyiq göstərilməsinin tərəfdarı olub və bu məsələni Ərdoğana inandırıb. Qafqazinfo-da yayılan məlumatda onun adının verilməsinin informasiya müharibəsi olduğunu zənn etmirəm. Azərbaycanda konkret sübut olmasa onun adını orda çəkilməzdi. Oktay Saral məsələsi məsələnin sadəcə görünən tərəfidir, əsas hədəf isə Hakan Fidandır. Ərdoğan bu böhrandan çıxmaq üçün Hakan Fidanı qurban verməyə məcbur qala bilər. Bu hadisələrdə Ərdoğan onsuz da kifayət qədər nüfuz itirib. Əgər İlham Əliyev bu zirvəyə də gəlməsə, bu, Ərdoğan üçün çox ciddi siyasi zərbə ola bilər və sonda seçkilərdə məğlubiyyətinə də gətirib çıxara bilər. Əslində, Prezident Əliyevin Ərdoğana qarşı təzyiqi artırmaq üçün kifayət qədər imkanları var. Amma yəqin ki, hələlik gözləyəcək, hadisələri izləyərək addım atacaq.
119
15
7
117
38,945
Foto olduğu kimi AZƏRTAC-ın səhifəsində durur. Hə, hər yerdən siliblər və tək sən saxlamısan fotonu. Aşağıdakı linkdə 13-cü fotodur. 14-də başqa rakursdan da çəkilib. azertag.az/xeber/qedim_xinal…
İlham Aliyev'in en sevdiğim fotoğrafı. Aliyev'in 20 yıl önce Xınalıq (tr.wikipedia.org/wiki/K%C4%B…) köyüne ziyaretinden resmi fotoğraf. İlçe belediyesinin sitesinde bulup indirmiştim, sonra her yerden sildirdiler. Fotoğrafı yeniden hayata döndüren benim yani :)
4
1
1
49
14,351
Saralın bu fikirləri təkcə onun şəxsi ideologiyası deyil, eyni zamanda Türkiyənin illər boyunca normal dövlət olmasına imkan verməyən zehniyyətin məhsuludur. Saralın ələviləri özündən görməyən bu baxışı Əbu Suud yanaşmasıdır ki, əslinə bu ələvi nifrətinin içində elə biz azərbaycanlılar da gedirik. Osmanlı 100 ildən çox, Səfəvi isə 300 ildən çox yox olsa da bu 2 dövlət həm türklərdə, həm də azərbaycanlılarda ideoloji baza yaradıb. Türklər üçün Yavuz Sultan Səlim, azərbaycanlılar üçün isə Şah İsmayıl əsas ideoloji bazadır. Türkiyə Azərbaycan kimi sekulyar transformasiya (SSRİ-ni nəzərdə tuturam) keçmədiyi üçün orda feodal düşüncə qaldı. Misallarla qeyd edim. Türkiyədə din işləri Diyanət İşləri Başkanlığı vasitəsilə təşkil olunur. Dövlətin siyasəti sünni hənəfi üzərində formalaşdırılıb və ölkədəki bütün məscidlərdə din adamların maaşı dövlət tərəfindən ödənilir. Ancaq nə ələvi cemevlərində din adamları, nə də şiəliyin cəfəri qoluna mənsub mollalar dövlət tərəfindən maliyyələşmir. Bir sözlə, Türkiyədə maaş almaq istəyən din adamı mütləq sünni olmalıdır, digərləri isə mütləq ianələrlə yaşamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də Türkiyənin ələvilərə digər müsəlmanlarla bərabər dini xidmət göstərməməsini ayrı-seçkilik və dini azadlığın pozulması kimi qiymətləndirib. Tarixən baxdıqda isə ələvilərə qarşı qətliamlar nəinki Osmanlı dövründə, eləcə də Türkiyə Cümhuriyyəti zamanında da baş verib. Maraşda, Çorumda və Sivas Madımakda baş verənlər yaddaşlardan silinməyib. Son dövrə qədər cemevlərinin elektrik enerjisi də əhalinin özü tərəfindən ödənilirdi, 2024-cü ildə dövlət bunu öz üzərinə götürdü. Bununla belə, din adamlarına dövlətin selektiv yanaşması hələ də qalıb. Azərbaycanda isə əhalinin təxminən 75-80 faizi şiə, 20-25 faizi sünnidir. Amma bizdə məzhəb insanları iki düşmən düşərgəyə bölmür. Nə ölkədəki insanlar o təfəkkürə malikdir, nə də dövlətin özü bu siyasəti yürüdür. Qafqaz Müsəlmanları İdarəsi var. Regionlara dini nümayəndə təyin ediləndə sünni yaxud şiə olması birbaşa nəzərə alınır. Dövlət Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə həm şiə, həm də sünni mollaya ayrıseçkilik etmədən eyni şəkildə maaş verir. Türkiyə və Azərbaycanın bu 2 yanaşmasından da görmək olur ki, Azərbaycan uzlaşdırıcı və dinin cəmiyyətdə təbəqələşməsinə imkan verməyən müasir dövlətdir, Türkiyə isə hələ də məzhəbçi feodal və din ilə manipulyasiya edən orta əsr bəyliyi kimi hərəkət edir. Bu son hadisələr eyni zamanda Azərbaycanın indiyə kimi etmədiyi bir vacib məsələni ortaya çıxardı. Türkiyə öz ölkəsindəki ələvi və cəfərilərə sahib çıxmırsa, Səfəvi mirası üzərindən hərəkət edən Azərbaycan niyə onlara sahib çıxmasın? Azərbaycan vaxtında bu məsələnin üzərinə düşsəydi, indi Türkiyə üzərində daha böyük siyasi rıçaklara sahib olardı. Təkcə siyasi yox, eyni zamanda dini. İndi bu boşluğu İran doldurub. Iğdırdakı mollalar İrandan gəlir və onlar üzərində himayəni də İran öz üzərinə götürüb. Bunun qarşını almaq çətin deyil. Hər şey siyasi iradədən asılıdır.
Gezi eylemlerinde hayatını kaybeden 3 genç ve dün ölen Ahmet Atakan'ın alevi olması tesadüf olamaz.
1
25
2,609
Bundan sonra böyüyünüzü bilin. Bizim də böyük qardaş kimi işimiz kiçik qardaşımız Türkiyəyə səhv etdikdə ona qulaqburması vermək, ona doğru yolu göstərməkdir.
.@oktay_saral'ın görevden alınması haberleri doğru çıkarsa, küçücük İsrail'in koca Amerika'yı yönetmesi gibi, küçücük Azerbaycan da kocaman Türkiye'yi yönetiyor demektir. Ki oturup kara kara düşünülecek bir iştir.
96
4
12
93
26,334
Azərbaycanın KKTC-yə münasibəti Türkiyə ilə birbaşa əlaqəli deyil. KKTC Türkiyə kimi siyasi islamçılar tərəfindən idarə edilmir, orda məktəblərdə Azərbaycanda olduğu kimi baş örtüyü qadağan edilib. İdeoloji baxımdan KKTC Azərbaycana Türkiyədən daha çox yaxındır.
Aliyev yönetiminin Güney Kıbrıs'ın toprak bütünlüğünü tanımaya ve büyükelçiliğini açmaya hazırlandığı ile ilgili haberler doğru değil. Böyle bir şey imkansız!
3
1
1
27
4,216
Türkiyə geri çəkilmişkən Azərbaycan AKP-yə təzyiqini daha da artırsa yaxşı olar. Xüsusilə İraqdakı türk ekspansiyasına qarşı mübarizə başlamalıdır. Kərkük və eləcə də İraqda yaşayan digər türkmən ərazilərdə təhsil dili İstanbul türkcəsindən Azərbaycan dilinə keçilməlidir. Linqvistik olaraq azərbaycanlı əhalinin türkiyəçilik adı ilə əridilməsinə imkan vermək olmaz. İraq türkmənləri elə bizik, azərbaycanlılardır.
172
13
31
178
61,526
Və türklər bunu gördülər. Diplomatiya öyrənmək istəyənlər Azərbaycandan dərs ala bilər.
Türklər dövlətləri ərazinin böyüklüyü, iqtisadiyyatı və hərbisi üzərində dəyərləndirirlər. Ancaq dövlətlərin əsas gücü xarici siyasətidir. Rusiya Prezidenti Putin, Almaniya Prezidenti Ştaynmayeri üzr istətdirmiş, Şuşaya getməyəcəm deyən ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbini 1 gün sonra Şuşaya göndətdirmiş dövlətlə qarşı-qarşıya gəldiklərini bilmirlər. Azərbaycan diplomatiyası bu baxımdan dünyanın ən yaxşılarından biridir və türklər bunu görəcəklər.
36
6
3
130
10,110
Hakan Fidan xarici işlər naziri olduğu dövrdə Türkmənistan, Qazaxıstan, Özbəkistan Kiprə səfir təyin etdi, faktiki olaraq BMT-nin Türkiyənin Kiprdəki fəaliyyətini işğal kimi qiymətləndirdilər. Digər türk dövləti Azərbaycanla hicabla bağlı tarixinin ən soyuq qarşıdurması baş verdi. Aralıq dənizində iddialarına görə, müsəlman Livan Kiprlə, müsəlman Misir Avropa İttifaqı və Yunanıstanla koalisiyaya girdi. Normalda Hakan Fidan Türkiyə tarixinin ən bərbad xarici işlər naziri kimi dəyərləndirilməlidir, türklər amma Hakan Fidanın saqqalı, bığı və nə bilim duruşundan rəqiblərinə strateji mesaj verdiyini düşünürlər. Bu ağılla Türkiyə hara kimi gedəcək, bəlli deyil.
Sorun şu ki, Hakan Fidan çok ve çoğu zaman gereksiz konuşmalar yapıyor. Bir dışişleri bakanı bu kadar konuşmaz/konuşmamalı. Sanki Ahmet Davutoğlu geri gelmiş gibi... İkincisi, konuştuğu konuları üstünkörü cümlelerle geçiştirmeyi marifet zannediyor. Mekke Anlaşması çerçevesinde Suudi Arabistan'a saldırı amaçlı değil savunma amaçlı silah ve asker göndereceğimizi söylemesi gibi... Sanki savunma amaçlı gidince savaşın parçası olunmayacakmış gibi... Çok zekice şeyler söylediğini zannediyor olmalı Burada da sanki 1995 Meclis kararının gerekçesini, içeriğini ve hangi şartlarda uygulamaya gireceğini bilmeden konuşuyormuş intibaı veriyor... Ne gerek varsa...
13
2
1
43
6,880
Doktor ortaq cəhətləri yaxşı göstərib. Digər tərəfdən, Azərbaycan və Hindistanı birləşdirən ən böyük tarixi miras Heydərabad şəhəridir. 1591-ci ildə Təbrizdən Hindistana qaçmış Qaraqoyunlu Qara İsgəndərin nəvəsi Sultan Qulu Qütbülmülk bu şəhərin əsasını qoymuşdu. Azərbaycanlı Qütbşahlar sülaləsi 169 il Hindistanı idarə etmişdi. Şəhərin mərkəzindəki Charminar da onlardan xatirədir. Gələcəkdə Azərbaycan-Hindistan dostluğunu qurmaq üçün burdan başlamaq lazımdır. Heydər Əliyevin adı ilə Heydərabad arasındakı bu fonetik və tarixi üst-üstə düşmə dərin diplomatik körpülər üçün ideal platforma ola bilər.
Azerbaijan has more in common with India than with Pakistan. People are not fanatical about Islam. Indians like to travel to Azerbaijan. Azerbaijan & Indian trade has much more potential than Azerbaijan & Pakistan. Shias in India are more free to practice their faith compared to Pakistan. Azerbaijan must fix this mistake for its own people.
11
6
3
50
9,509
Azərbaycanın Hindistanla münasibətini çoxdan düzəltməli idi. Siyasi olaraq Pakistanla yaxınlıq bizə onlara qarşı cəbhədə olmağa əsas vermirdi. Həm də Azərbaycan illərdir ki, dövlətlərin ərazi bütövlüyü məsələsini müdafiə edirdi. Ancaq Kəşmir məsələsində Pakistanın müdafiə etdiyi xalqların öz müqəddəratını təyinetmə haqqına istinad edirdi. Həm də Azərbaycan sekulyar dövlət kimi dinin çox güclü olduğu Pakistandan ideoloji formada qorunmalıdır. Məktəblərdə hicab məsələsi orda da Azərbaycan əleyhinə xeyli işıqlandırıldı. Buna görə də Türkiyə kimi Pakistanla da məsafəli diplomatik münasibət dövlət maraqlarına daha çox uyğun gəlir.
XİN başçısı: Son illər Azərbaycanla Hindistan arasında bir sıra məsələlərdə fikir müxtəlifliyi olub
203
101
54
887
244,214
Oktyabrın əvvəllərində Almaniya kəşfiyyatı (BND) rəhbəri olmuş Avqust Henninqin Azərbaycana casusluq etməsi ittihamı ilə həbs olunması məsələsi çıxmışdı, ayın sonunda da bu xəbər çıxdı. Bütün trend məsələlərin içində Azərbaycan var.
The GRU hacked into Jared Kushner's iPhone. Dutch military intelligence (MIVD) then recruited a GRU spy who gave them access to the hacked phone. What MIVD discovered was that Kushner had access to two bank accounts --one Azerbaijani, the other Israeli --where Saudi Crown Prince Mohammed bin Salman and Emirati ruler Mohammed bin Zayed deposited money. It sounds like a slightly far-fetched episode of "Slow Horses," but it's real. And it proves just how eye-poppingly corrupt this administration was and continues to be as its "special envoy" decides the fate of tens of millions in Europe in the Middle East. Simply incredible reporting by Matthew Cole, drawn from his new book on Kushner. vanityfair.com/story/jared-k…
2
2
1
21
4,781
Nazirə məlumat vermək yaddan çıxıb ki, Azərbaycan universitetlərində hicabla bağlı problem yoxdur, özümün elə neçə hicablı tələbəm var.
İranın Elm və Təhsil Naziri Azərbaycanlı qızları İran universitetlərində təhsil almağa dəvət etdi. #hicabaazadlıq
3
14
3,737
Cəmi bir gün bəs elədi. 2009-da Bakıya gəlib geri addım atan Ərdoğan bu gün də eyni reallıqla barışmalı oldu. 623 illik Osmanlı hərbi güclə böyük imperiya yaratmış ola bilər, amma 739 illik Şirvanşahlar irsinə söykənən müasir Azərbaycan diplomatiyası sübut edir ki, imperiya kölgəsi salmaq başqadır, o kölgənin sahibinə şərtləri qəbul etdirmək başqa.
Türklər dövlətləri ərazinin böyüklüyü, iqtisadiyyatı və hərbisi üzərində dəyərləndirirlər. Ancaq dövlətlərin əsas gücü xarici siyasətidir. Rusiya Prezidenti Putin, Almaniya Prezidenti Ştaynmayeri üzr istətdirmiş, Şuşaya getməyəcəm deyən ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbini 1 gün sonra Şuşaya göndətdirmiş dövlətlə qarşı-qarşıya gəldiklərini bilmirlər. Azərbaycan diplomatiyası bu baxımdan dünyanın ən yaxşılarından biridir və türklər bunu görəcəklər.
10
5
12
50
11,476
Cavidin dediklərinin ilk hissələrinə uzun əsaslandırma yaza bilərəm, amma bunun yerinə birbaşa məhkəmə qərarını bura yazıram. Həmin qərarda Cavidin özü kimi şikayət edən ərizəçinin istinadları da məhkəmə tərəfindən necə əsassız hesab edilib, o qeyd olunur. Link də aşağıda qeyd olunacaq, kim istəsə oxusun. 1998–1999-cu tədris ilində Fransanın Fler şəhərindəki dövlət orta məktəbində oxuyan 11 yaşlı müsəlman şagird Belgin Doğru bədən tərbiyəsi dərslərinə baş örtüyündə qatıldı və müəlliminin idman dərsinin təhlükəsizlik və sağlamlıq qaydalarına cavab vermədiyi barədə xəbərdarlıqlarına baxmayaraq, baş örtüyünü çıxarmaqdan ardıcıl 7 dəfə imtina etdi. Məktəbin intizam komitəsi şagirdin idman dərslərində fəal iştirak etmədiyini, bununla da davamiyyət öhdəliyini pozduğunu əsas gətirərək onun məktəbdən kənarlaşdırılması barədə qərar verdi. Ərizəçinin valideynləri Kan İnzibati Məhkəməsinə, Nant İnzibati Apellyasiya Məhkəməsinə və son olaraq Fransa Dövlət Şurasına müraciət etsələr də, yerli məhkəmələr qərarı qüvvədə saxladı. Bundan sonra ərizəçi Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edərək, baş örtüyünə görə məktəbdən kənarlaşdırılmasının Konvensiyanın 9-cu maddəsində təsbit olunmuş din və etiqad azadlığını, eləcə də 1 №-li Protokolun 2-ci maddəsində zəmanət verilən təhsil hüququnu birbaşa pozduğunu iddia etdi. Ərizəçi həmçinin iddia edirdi ki, 1999-cu ildə tətbiq olunan məhdudiyyət yalnız idman dərsləri ilə bağlı olub və 2004-cü ilə qədər ümumi baş örtüyü qadağası haqqında xüsusi parlament qanunu mövcud deyildi. AİHM 4 dekabr 2008-ci il tarixli yekdil qərarı ilə Fransa dövlətinin mövqeyini tam haqlı sayaraq Konvensiyanın 9-cu maddəsinin pozulmadığına və təhsil hüququ üzrə ayrıca araşdırmaya ehtiyac olmadığına qərar verdi. AİHM xüsusilə vurğuladı ki, Fransada dünyəvilik konstitusiya prinsipidir və dövlət məktəblərinin neytrallığını, gender bərabərliyini, başqalarının hüquq və azadlıqlarını qorumaq üçün dini simvolların məhdudlaşdırılması tamamilə qanuni məqsəd güdür. Məhkəmə Leyla Şahin Türkiyəyə qarşı və Dahlab İsveçrəyə qarşı kimi presedent qərarlarına istinad edərək bildirdi ki, baş örtüyü kimi güclü xarici dini simvollar cəmiyyətdə və xüsusən gənc uşaqlar arasında təzyiq, prozelitizm və ya bərabərsizlik yarada bilər. Məhkəmə qərarında Fransanın dünyəvilik modelinin 1800-cü illərə dayanan dərin tarixi ənənəsi geniş əks olunub. Fransada məktəb və dövlət institutlarının dünyəviliyi 1789-cu il İnsan və Vətəndaş Hüquqları Bəyannaməsinin 10-cu maddəsinə, xüsusən də 1882 və 1886-cı illərdə qəbul edilmiş tarixi Təhsil Qanunlarına istinad edir. Bu qanunlar dövlət ibtidai təhsilini məcburi və tamamilə dünyəvi əsaslarda təsis edib. Fransız layikliyinin əsl təməl daşı isə Katolik kilsəsi ilə dövləti ayıran 9 dekabr 1905-ci il tarixli kilsə və dövlətin ayrılması haqqında Qanun olub. Bu qanun dövlətin bütün dinlərə qarşı neytrallığını və cəmiyyətin ümumi ictimai məkanını dini təzyiqlərdən qorumaq prinsipini təsbit edib. Daha sonra bu prinsip 1946-cı il Konstitusiyasının preambulasında və 1958-ci il Fransa Konstitusiyasının 1-ci maddəsində "Fransa bölünməz, dünyəvi, demokratik və sosial Respublikadır" şəklində ən yüksək hüquqi status aldı. Fransada XIX əsrdən bəri formalaşan bu dünyəvilik modeli əsasən Katolik Kilsəsinin təsirinə karşı qurulduğu üçün uzun onilliklər boyu məktəblərdə kütləvi baş örtüyü problemi yaşanmamışdı. Çünki həmin dövrlərdə ölkədə müsəlman əhalinin sayı və onların sosial-dini tələbləri belə bir xüsusi qanunvericilik zərurəti yaratmırdı. Lakin XX əsrin sonlarından, xüsusilə 1980-ci illərdən etibarən miqrasiya dalğaları ilə müsəlman icmasının cəmiyyətə və məktəblərə inteqrasiyası fonunda dini simvollar məsələsi gündəmə gəldi. İlk kütləvi insident 1989-cu ildə Krey şəhərində 3 şagirdin baş örtüyünü çıxarmaqdan imtina etməsi ilə başladı. Məhz bu tarixi dönüş nöqtəsində Fransa Dövlət Şurası 27 noyabr 1989-cu il tarixli (№ 346.893) məşhur rəyini verdi. Dövlət Şurası bəyan etdi ki, dini simvolların taxılması nümayişkaranə xarakter daşıyırsa, təzyiq, prozelitizm vasitəsinə çevrilirsə, dərsin gedişini pozursa və ya gender bərabərliyinə ziddirsa, məktəb rəhbərliyinin o şagirdləri məktəbdən kənarlaşdırmaq tam hüququ var. Bunun ardınca Təhsil Nazirliyi 12 dekabr 1989-cu ildə və 20 sentyabr 1994-cü ildə sirkulyarlar yayaraq nümayişkaranə dini atributların daxili qaydalarla qadağan edilməsini tələb etdi. 1989-cu ildə cəmi 3 fakt var idisə, 1994-cü ilə qədər bu göstərici 3 000-i keçdi və inzibati məhkəmələr 1995-ci ildən etibarən baş örtüklü şagirdlərin xaric edilməsini dəfələrlə qanuni saydı. AİHM-nin qərarı bunu göstərdi ki, 2004-cü il 15 mart qanunu yeni bir qadağa deyildi. Məhz XIX əsrdən gələn Fransa dünyəvi ənənəsinin, 1989-cu il Dövlət Şurası rəyinin və 1990-cı illərin məhkəmə pretsedentlərinin tək bir parlament aktında kodifikasiya olunması idi. bailii.org/eu/cases/ECHR/200… Cavidin qeyd etdiyi siqx şagirdləri ilə bağlı da analoji şikayətə AİHM Fransa lehinə qərar verib. (Link aşağıda) mansfield.bailii.org/eu/case… Bütün bu yazılanlar hamısı məhkəmə aktında qeyd olunub, Cavidin guya mənə qarşı arqument kimi istifadə etdiklərinə məhkəmənin özü elə cavab verərək rədd edib. Belə görünür ki, Cavid özünü AİHM hakimlərindən daha çox hüquq bilən kimi göstərir. Eyni zamanda burda məhkəmə tərəfindən qeyd olunmayan vacib bir faktı da qeyd edim. Cavid deyir ki, Ferri və Qobl qanunlarının şagirdə dəxli yoxdur, məsələ burasındadır ki, Qobl qanunu müəllimə aid olsa da, 1882-ci ildəki Ferri qanunu elə birbaşa şagirdlərin məcburi təhsil barədə idi. Elə 1 il sonrakı məktubda Ferri qeyd edirdi ki, dini təlim ailələrin və kilsənin işidir, mənəvi təlim isə məktəbin. devenirenseignant.gouv.fr/me… Sonra Cavid mövzunun axınını dəyişdirib dövlət məktəbləri ilə özəl məktəblər arasındakı fərqlə marksist fikirlərimə hücum edir. Halbuki mən bir marksist kimi onsuz da özəl məktəb anlayışının əleyhinəyəm. Cavidin "kasıb dindarların imkanı yoxdur" deyə gətirdiyi o özəl məktəb müqayisəsi də tam demaqogiyadır, çünki dövlətin öz ümumtəhsil sistemində dünyəvilik və vahid standart tətbiq etməsi sinfi ayrı-seçkilik deyil, ictimai məkanın neytrallığıdır. Əgər dövlət məktəbində hər icmanın dini tələbinə güzəştə gedilsə, o məktəb təhsil ocağı yox, sektaların poliqonuna çevrilər. (Türkiyədə dini cəmaətlərin dövlətə müdaxiləsi kimi). Kasıb ailənin uşağını dini mühit təzyiqindən və ayrı-seçkilikdən qorumağın tək yolu elə o dövlət məktəbinin tam neytral qalmasıdır. Sonra Cavid solçuluq adı altında dini-mühafizəkar zehniyyətin dövlət məktəbinə müdaxiləsinə və azyaşlı uşaqların ailə tərəfindən ideoloji istismarına bəraət qazandırmağa çalışır. Solçuluq cəmiyyəti dini-patriarxal zəncirlərdən azad etməkdir, o zəncirləri "insan hüququ" adı ilə bəzəyib müdafiə etmək deyil. Cavid uşağın ailə mühitindəki dini təzyiqini "anadan kosmetika götürmək kimi təbii təqlid" adlandırır. Uşaq kosmetikanı oyun kimi götürür və bezəndə atır, amma 9-10 yaşlı uşağa baş örtüyü taxmaq oyun deyil, onun arxasında "günah", "namus" və "cəhənnəm əzabı" kimi ağır psixoloji yük qoyulur. Uşaq orada öz azad iradəsini yox, mühitdən gələn o mənəvi təzyiqi nümayiş etdirir. Dövlətin və dünyəvi məktəbin işi də elə uşağı ailənin bu passiv təqlidçisi olmaqdan çıxarıb müstəqil insan eləməkdir. Axırda Cavid ümumi cəmiyyətdə ən çox müzakirə olunan "qadağa olsa, ata uşağı məktəbdən alacaq, uşaq cəmiyyətdən təcrid olunacaq" deyib dövləti şantaj edir. Bu məntiq dünyəvi təhsil sistemini radikal valideynin girovuna çevirir. Əgər dövlət bu şantaja təslim olsa, sabah həmin ata uşağını biologiya dərsinə, idmana və rəsm dərsinə də buraxmayacaq. Belə çıxır ki, dünyəvi təhsil sistemi valideynin kefinə uyğunlaşmalıdır? (Yuxarıda qeyd etdiyim Belgin Doğru işi də elə məhz buna aiddir.) Azərbaycanda orta təhsil məcburidir və valideynin uşağı məktəbdən yayındırmağa hüquqi ixtiyarı yoxdur. Dövlətin borcu radikal valideynə güzəştə getmək deyil, uşağın məcburi dünyəvi təhsil almaq hüququnu icra etdirməkdir.
Tural Həmid yenə yarımçıq tarixi biliyi ilə ətimizi tökməyə davam edir. Adamın dediyi hər şey səhvdi. Əvvəla ondan başlayaq ki, Fransada dünyəvi təhsil sistemi 1881–82-ci illərin Ferri qanunlarına və 1886-cı il Qoble qanununa əsaslanır. Bu qanunların şagirdlərə dəxli yoxdur, qanunlar müəllimləri və tədris proqramlarını dünyəviləşdirmişdi. 1905-ci il qanunu kilsə ilə dövləti bir-birindən ayırmışdı, yenə uşaqlara heç bir dəxli yoxdu. 1989-cu ildə hicab məsələsi ilk dəfə gündəmə gələndə, Dövlət Şurası (Conseil d'État) qərara aldı ki, şagirdlərin dini simvollar daşıması özlüyündə "laïcité" (dünyəvilik) prinsipi ilə ziddiyyət təşkil etmir və bununla da ümumi qadağa qoyulmağı məsələsi də vızqırtdı: conseil-etat.fr/jadefile/avi… Fransa Təhsil Nazirliyi də bu vəziyyəti hələ də "2004-cü ildən əvvəlki hüquqi vəziyyət" kimi təsvir edir: education.gouv.fr/media/1945… Qadağa yalnız 2004-cü ildə qəbul edilmiş qanunla tətbiq olundu. Hətta Fransa solunun əsas beyin mərkəzi olan "Fondation Jean-Jaurès" (Jean-Jaurès Fondu) belə, 2004-cü il qanununu Dövlət Şurasının yanaşmasını tamamilə dəyişən və əksinə çevirən bir addım kimi səciyyələndirir: jean-jaures.org/publication/… Yəni Fransadakı respublikaçılıq ənənəsi bir əsrdən çox idi ki, şagirdlərin dini simvollardan istifadə etməsinə icazə verirdi. Ümumiyyətlə, Fransanın dövlət məktəblərində heç vaxt məcburi vahid forma olmayıb: publicsenat.fr/actualites/ed… Makron 2024-cü ildə məktəbli forması ilə bağlı sınaq layihəsinə başlayanda, buna əsasən sağçı bələdiyyələr qoşulmuşdu. Amma SOLÇU müəllimlər həmkarlar ittifaqı olan "SUD Éducation" isə "uşaqlar məktəbə məxsus deyil" şüarı ilə buna qarşı çıxmışdı: sudeducation.org/wp-content/… Ümumiyyətlə, Turalın Fransadan nümunə gətirməsi cığalçılıqdır. Topçubaşov adına sirkin klounu hicab qadağasını bizə Əliyev və Fransa inqilabı arasında mənəvi bağ kimi sırımağa çalışsa Azərbaycanın miras aldığı məktəbli forması ənənəsi Fransa respublikaçılığına deyil, çar dövrü gimnaziyalarına və Sovet məktəbinə gedib çıxır. Belə ki, Prussiya 1763-cü il məktəb nizamnamələri məcburi dövlət təhsilinin əsasını qoymuşdu və bu ciddi nizam-intizama əsaslanan, standartlaşdırılmış kütləvi təhsil modeli dünyada geniş şəkildə nümunə götürüldü. Həmçinin, onun hərbi formaları başqa yerlərdə tətbiq olunan məktəb formaları üçün bir nümunəyə çevrildi. Rusiya İmperiyasının 1830-cu illərə aid gimnaziya formaları da bu militarist köklərə əsaslanırdı. Ordan Sovetə, Sovetdən də Azərbaycana. Təsadüfi deyil ki, sosial mediada vahid forma "Tək geyim, tək ürək, tək bayraq" tipli Heydərjügend şüarları ilə müşaiyət edilir. (Bu arada, Almaniyada da vahid forma yoxdur) BMT-nin Uşaq Hüquqları Konvensiyasının 14-cü maddəsi dövlətlərin üzərinə uşağın din azadlığına, eləcə də onun inkişaf edən qabiliyyətlərinə uyğun olaraq valideynlərin onu yönləndirmə hüququna hörmət etmək öhdəliyi qoyur; həmçinin, dini etiqadın ifadə edilməsinə yalnız qanunla nəzərdə tutulduğu və zəruri olduğu hallarda məhdudiyyət qoyulmasına icazə verir. Qısası, bu maddə dövlətə uşağın adından qərar verərək, onun baş örtüyünün valideynlərin seçimi olduğunu əsas gətirmək və həmin örtüyü çıxartmaq səlahiyyəti vermir. 309 nömrəli qərarda isə məhdudlaşdırılan məsələnin nə olduğu belə qeyd olunmur. 2-ci (ayrı-seçkiliyə yol verilməməsi), 3-cü (uşağın mənafelərinin üstünlüyü) və 28-ci (təhsil hüququ) maddələr də eyni söhbətdən danışır. BMT-nin din azadlığı üzrə xüsusi məruzəçisi 2006-cı ildə müəyyən etmişdi ki, Fransa qanunvericiliyi dini rəmz taxmağı sərbəst şəkildə seçmiş yetkinlik yaşına çatmayanları öz hüquqlarından məhrum edir: digitallibrary.un.org/record… "Bikramjit Singh Fransaya qarşı" (2012, CCPR/C/106/D/1852/2008) işində BMT-nin İnsan Hüquqları Komitəsi müəyyən etmişdi ki, 2004-cü il qanununa əsasən siqh şagirdin xaric edilməsi onun öz dinini yaşamaq azadlığını pozub. Bizdəki hicablı uşaqlar kimi, Bikramjit də 3 həftə boyu sinif otağı yerinə məktəbin bufetində dərs oxumağa məcbur edilib. Azərbaycan da həmin ICCPR paktını imzalayıb. Turalın iddia etdiyinin əksinə, bəzi uşaqları məktəbə alan, bəzi uşaqları kənarda qoyan məktəb "hamı üçün əlçatan" (universal) sayıla bilməz. Bunun üçün solçu olmağa ehtiyac yoxdur, MƏNTİQ İSTİFADƏÇİSİ olmaq yetərlidir. Hətta onun cığallıqla nümunə gətirdiyi Fransa belə, 2004-cü il qanununa Azərbaycanda mövcud olmayan qoruyucu mexanizmlər daxil etmişdi: istənilən intizam icraatından əvvəl məcburi dialoq mərhələsi və məktəbdən kənarlaşdırılan şagirdlərin başqa bir məktəbə və ya dövlət tərəfindən təşkil olunan distant təhsil proqramına cəlb olunması öhdəliyi var idi. Azərbaycanda isə qızlar nəinki məktəbin qapısından geri qaytarılırlar, hətta distant təhsil proqramı təşkil edən aktivisti basıb DTX-ya aparırlar. Tural yatıb-durub solçuluqdan, marksizmdən danışmağı sevir. Amma bir şey barədə soxub oturub ki, bu qaydalar dövlət məktəblərinə şamil olunur. Yəni burda sinfi bir məsələ də var. Emin Ağalarovun Landausunda oxuyanlara aid deyil yəni bu qadağa. Uşaqlarını özəl məktəbdə oxutmağa imkanı çatan ailələrin necəsə bir çıxış yolu var, amma daha kasıb dindar ailələrin belə bir imkanı yoxdu. Ən az seçimi olan insanların ən çox əziyyət çəkdiyi bir addımı solçuluq adından müdafiə etmək üçün gərək əlifbanı götbaş öyrənəsən. "Bu nişan uşağın seçimi yox, ailənin qərarıdır" söhbəti də çöldən güclü görünə bilər. Amma bu hallardan əmin olmaq mümkün deyil. Bir videoda direktorla mübahisə edən valideyn deyir ki, qızını məcbur etməyib, əksinə, qızı yalvarıb ki, ona da hicab alsınlar. Uşaqlar nümunə götürdükləri insanları təqlid edirlər. Hər bir uşaq dili, inancı və ya musiqi zövqünü məhz bu yolla mənimsəyir. Uşaq vaxtı mənə heç kim "oruc tut" deməmişdi. Böyüklərin tutduğunu görürdüm, mən də təkrarlamaq istəyirdim. Uşağın ən təbii instinkti rol model gördüyü insanları təkrarlamaqdır. Atasının zırıltı ayaqqabısını geyinən oğlan uşağı, anasının kosmetika qutusunu götürən qız uşağı kimi. Əgər məcburiyyət varsa belə qadağa bunu həll etmir. Evdə örtünməyə məcbur edilən bir qız həm evdə, həm küçədə, həm də məsciddə örtünməyə davam edir. Qadağa onun əlindən yalnız məktəbi alır. O məktəb ki, başqa oğlan və qızlarla, müəllimlərlə və fərqli fikirlərlə qarşılaşa biləcəyi, gələcəkdə öz seçimini edə biləcəyi o yeganə yerlərdən biridir. Əgər uşağın müstəqilliyini və öz seçimini etmək hüququnu qorumaq istəyirsinizsə, onun məktəbdə qalmasını təmin etməlisiniz. Azərbaycanın İslamçı, radikal ekstremist valideynlərinə baxın: qızlarını oğlanlarla yanaşı oturmaları, dünyəvi tədris proqramı üzrə oxumaları və kişi müəllimlərdən dərs almaları üçün qarışıq tərkibli dövlət məktəbinə göndərirlər. Bu məktəb qapısından ağladılaraq geri qaytarılan qızlar, məhz dünyəvi sistemdə qalmağı seçən ailələrdən gəlirlər. Həqiqi İslamçı ata guya qızını hansısa axundun yanına qeyri-rəsmi dini təhsilə göndərməyi bilmir? Həqiqi radikal ata bacarmır öz qızını evdə saxlamağı? Bu qadağa həmin ailələrə göstərir ki, onların etdiyi güzəştlər kifayət deyil. Radikalizmlə mübarizə məqsədi daşıyan bu osturaqçı siyasət, sonda mülayim mövqedə olanları cəzalandırmış olur. Və nəhayət- bunu da mırta deyim - Mövlanaya aid etdiyi sitat belə səhvdir. Həmin söz Rumidən 170 il əvvəl əvvəl yaşamış Əbu Səid Əbülxeyrə aiddir (islamveihsan.com/hz-mevlanan…). Sual bağlandı.
1
1
20
5,089
Türklər dövlətləri ərazinin böyüklüyü, iqtisadiyyatı və hərbisi üzərində dəyərləndirirlər. Ancaq dövlətlərin əsas gücü xarici siyasətidir. Rusiya Prezidenti Putin, Almaniya Prezidenti Ştaynmayeri üzr istətdirmiş, Şuşaya getməyəcəm deyən ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbini 1 gün sonra Şuşaya göndətdirmiş dövlətlə qarşı-qarşıya gəldiklərini bilmirlər. Azərbaycan diplomatiyası bu baxımdan dünyanın ən yaxşılarından biridir və türklər bunu görəcəklər.
➖SON DAKİKA | Azerbaycan yönetimi, Cumhurbaşkanı Başdanışmanı Oktay Saral’ın görevden alınmasını talep etti. Ayrıca Aliyev'e hakaret eden Türklerin yargılanmasını ve sosyal medya hesaplarının engellenmesini talep etti. — Middle East Eye
151
1
13
109
56,445
Azərbaycandakı sol və liberal camiənin hicab məsələsində irticanın tərəfini tutması mənə Azərbaycan müxalifətinin zəiflədiyi 2005-2015-ci illəri xatırlatdı. O vaxt Azərbaycandakı dünyəvi müxalifət bu hicab məsələsi və islamçılardan dəstək almaq üçün Azərbaycan İslam Partiyası üzvlərini öz sıralarına qatmışdılar. Daha sonra bu müttəfiqlik Milli Şura yarananda da davam etdi, ancaq müxaliflərin sayı artmaq əvəzinə azaldı. Bunun səbəbini özüm müşahidə edirdim. Milli Şuranın mitinqlərində olduğum üçün qadın haqlarından danışan qızların yanında hicab namusdur deyən çadralı qadınları görəndə hər iki tərəfin bir-birindən nə qədər uzaqda olduğunu anlayırdım. Sadəcə o vaxt Milli Şura Mövlananın "nə olursan ol, yenə gəl" prinsipi ilə hərəkət etdiyi üçün bunlara çox da fikir vermirdi. Elə bu ərəfələrdə ilk dəfə Altay Göyüşov Azərbaycanda dünyəvi müxalifətin zəiflədiyi, mübarizənin islamçılara keçdiyini qeyd edən məqalə yayımladı. Düzdü, o yazıda bunda Azərbaycan hökumətini günahlandırırdı, ancaq məsələnin digər tərəfi də dəyərlərin toqquşması idi. Dini ehkamçı inancları olan adamlarla Avropa Şurası, qadın haqları məsələsi bir yerdə ola bilməzdi. Bu son hicab məsələsi bu iki qolu yenidən birləşdirdi. Sol baxımdan məsələyə yanaşsaq, dünyəvi dövlət məktəbi solun öz tarixi nailiyyətidir. Ümumi pulsuz təhsil və hər uşağın eyni siniflə, eyni formada, eyni hüquqla oturması fransız respublikaçı ənənəsindən 1905-ci il qanununa qədər sol tələblər idi. Məktəb forması da bu məntiqin bir hissəsidir. O, varlı uşaqla kasıb uşağı, dindar ailənin övladı ilə dünyəvi ailənin övladını sinif otağında görünən fərqdən azad edir. Sol üçün məktəb hər kəsin cəmiyyətdə sosial və dini mövqeyindən asılı olmadan vətəndaş kimi formalaşdırdığı yerdir. Dini nişan bu bərabərliyə ilk çat salır. Bu nişan uşağın seçimi yox, ailənin qərarıdır. Bir qız uşağı hicab geyinəndə sinif yoldaşları arasında “namuslu” və “namussuz” bölgüsü yaranır. (Bunu bir videoda hicablı uşağın öz sinif yoldaşlarına münasibətdə deyəndə gördük). BMT-nin Uşaq Hüquqları Konvensiyası uşağın vicdan və din azadlığını birbaşa qoruyur. Bu hüquq uşağın yaşına, formalaşan təfəkkürünə və fərdi inkişaf səviyyəsinə uyğun olaraq həyata keçirilməlidir. Valideynlərin yönləndirmə hüququ yalnız uşağın maraqlarına xidmət etməli, onun fərdi azadlığını və inkişafını məhdudlaşdırmamalıdır. Feminist sol ənənə isə qadın bədəninə qoyulan nəzarətin ilk hədəfinin qız uşağı olduğunu göstərir. Azərbaycanda bu ənənə Mollanəsrəddinçilərdən bəri mövcuddur. Hökumətin atdığı bu addımlar həm Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurası qərarlarına, həm də Konstitusiyanın 7 və 18-ci maddələri ilə üst-üstə düşürdü. Yəni, insan hüququna aid nə varsa Azərbaycan hökuməti onu müdafiə etmişdi. Burda qarşı çıxılası hansı məntiq vardı və bunun nəticəsində nə əldə edildi? Sual açıq olaraq qalır.
6
1
3
27
13,373
1 həftə içində məktəblərdə işləyən qadın müəllimlər və təhsil alan şagirdlərin az qala 90 faizi hicabını açdı. Cüzi sayda qızlar var ki, valideynləri təhsildən yayındırır, onlar da bir neçə günə qayıdacaqlar. Hökumət hər iki istiqamətdə uğurlu oldu, sərt cavablarla Türkiyədəki siyasi islamçıları susdurdu, beynəlxalq təzyiq azaldı, digər tərəfdən az qala bütün uşaqlar hicabı açdığı üçün bundan istifadə ediləcək videolar da artıq yoxdur. Böyük problem kimi göstərilmişdi, ancaq çox rahat öhdəsindən gəldilər.
14
8
15
189
30,164
Bizdə sahib çıxmasalar da, Fransada sahib çıxırlar.
1
1
13
1,658
Ermənistanla diplomatik münasibətləri İkinci Qarabağ müharibəsindən sonra quran Fələstinin Ermənistana hansı dəstəyindən söhbət gedə bilər? Fələstin tarixdə görülən ən dəhşətli soyqırıma məruz qalır, Türkiyə-Azərbaycan gərginliyindən istifadə edib Fələstini guya Ermənistana kömək etməkdə ittiham etmək ən yumşaq halda vicdansızlıqdır.
🔴|#Azerbaycan’da Aliyev’in genel başkanı olduğu Yeni Azerbaycan Partisinin yönetim kurulu üyesi milletvekili Azer Badamov, #Türkiye ile #Filistin yönetimlerini HEDEF ALDI ve İsraille işbirliğinin çıkarlarına uygun olduğunu savundu. Badamov,Türkiye’nin 1993’de Azerbaycan’a helikopter vermediğini ve yanında olmadığını da söyledi. “Ne yazık ki bugün Türkiye'de Azerbaycan'ın bağımsız konumunu kabul etmek istemeyen ve ülkemizin dış politikasına müdahale etmeye kendi iradesini dikte etmeye çalışan yaklaşımlarla karşı karşıyayız. Nisan 1993'te Kelbecer'in işgali sırasında dağlık bölgeden sivillerin tahliyesi meselesi, Azerbaycan'ın karşı karşıya kaldığı insani trajedinin boyutunu gösteren olaylardan biriydi. Ermeni silahlı kuvvetleri Kelbecer'i kuşattığında, Azerbaycan, dağlık arazide çaresiz kalan kadınları, çocukları ve yaşlıları tahliye etmek için Türk hükümetinden 4 sivil helikopter istediğinde, Türk yönetimi uluslararası baskı, NATO düzenlemeleri ve Ermenistan ile doğrudan savaşa girme riskini gerekçe göstererek bu helikopterleri sağlamadı. Azerbaycan topraklarının yüzde 20'si işgal edildiğinde ve yaklaşık 1 milyon sivilimiz mülteci olduğunda, tek millet olduğumuz Türkiye neden yanımızda değildi? Bu soru Türkiye'ye karşı düşmanlıktan değil, tarihi olaylara objektif bir şekilde yaklaşma ve gelecekteki ilişkileri daha sağlam bir temele oturtma arzusundan kaynaklanmaktadır. Geçmişte yaşananlar bir yana, açık bir şekilde konuşmak, hatalardan ders çıkarmak ve gelecekte birbirimize daha güçlü destek olmak gerekiyor. Azerbaycan'ın gerçeklerini uluslararası topluma iletmek için İsrail'de yaşayan Azerbaycanlı Yahudilerin ve ülkemizin dostlarının faaliyetlerini de dikkate almak gerekiyor. Azerbaycan'ın İsrail ile işbirliği, herhangi bir üçüncü devlete karşı yöneltilmiş bir politika olarak sunulmamalıdır. Devletler, ulusal çıkarlarını, güvenlik ihtiyaçlarını ve stratejik önceliklerini dikkate alarak uluslararası ilişkilerdeki ortaklarını belirlerler. Bugün, Türkiye'nin Filistin halkına sağladığı siyasi ve insani desteği görüyoruz. Filistin halkının zor insani koşullar altında yaşadığı gerçeği, sivil nüfusun korunması ve yasal haklarının sağlanması şüphesiz uluslararası toplumun odak noktası olmalıdır.Azerbaycan da bu konuda defalarca tutumunu göstermiştir. Ancak şu soru haklı olarak ortaya çıkıyor: Azerbaycan toprakları işgal altındayken, şehirlerimiz ve köylerimiz işgal altındayken durum nedir? Camilerimiz yıkılırken, camilerimize hakaret edilirken ve tahrip edilirken bize gösterilen dayanışma düzeyi neydi? Karabağ ve Doğu Zengzur'da 67 camimiz yıkılıp hakarete uğradığında Filistin'in İslami dayanışması neredeydi? Ama her zaman Ermenistan'ın arkasında olduklarını gösterdiler. Asıl mesele,Azerbaycan'ın Türkiye ile veya İsrail ile ilişkilerini birbirine karşıt olarak göstermek değil. Asıl mesele, Azerbaycan'ın bağımsız bir devlet olduğunu ve dış politikasını ulusal çıkarlarına göre belirlediğini kabul etmektir. Azerbaycan bağımsızlığını bu sayede yeniden kazanmıştır. Zorlu bir mücadelenin ürünü olan bu bağımsızlığı korumaya kararlıyız. Herhangi bir devletle olan ilişkilerimizden sorumlu tutulmak zorunda değiliz. Bir annenin iki oğlu,bir ağacın iki dalı, biri büyük, bu büyük, Azerbaycan-Türkiye. Bu dizeler kardeşliğimizin özünü ifade ediyor. Ancak, bir ağacın iki dalının aynı yöne uzanması gerekmediğini unutmayalım. Onları birleştiren temel nokta, aynı kökten beslenmeleridir.”
1
14
2,924