Farid Pardashunas (@pardashunas) header
Farid Pardashunas (@pardashunas) profile picture

Tech, travel and more.

Azərbaycan
Joined July 2011
3-4 ilə AI elə bir səviyyəyə çatacaq ki, indi gördüyünüz işlərin çoxu artıq sizin üçün əlçatan olmayacaq. AI sizə zarafat gəlməsin. Bu, nə blokçeynə, nə metadünyaya, nə də dot-kom balonuna bənzəyir. +
1
2
243
İnternetin yaranması ilə sivilizasiya necə dəyişdisə, biz artıq yeni internet qədər böyük bir texnologiyanın yaranmasını səssizcə yaşayırıq. Bir neçə ilə heç nə əvvəlki kimi olmayacaq. Övladlarınızı, özünüzü, yaxınlarınızı süni intellektə yönəldin. +
1
53
Bu qatarı buraxsanız, çox şey itirəcəksiniz.
29
Amerikada şirkətlərdə maddi qənaət məqsədilə əməkdaşlarını süni intellektlə əvəz edən müəssisələr, indi süni intellektin etdiyi xətaları düzəltmək üçün yeni əməkdaşlar axtarmağa və bunun üçün böyük məbləğlər xərcləməyə başlayıblar.
80
Farid Pardashunas retweeted
Scam Altman
9,579
17,363
1,767
164,829
34,268,283
Səhər 6-da xaşla, araq içən kişilərin oğlanları indi kofeşoplarda “Morning clubs”lara gedirlər. Cəmiyyət necə belə dəyişdi axı?!
1
571
Farid Pardashunas retweeted
My talk today at the Presidential Parade
71,197
81,422
9,829
759,771
98,714,839
Farid Pardashunas retweeted
The 60th Presidential Inauguration Ceremony teapaw.org/i/broadcasts/1LyxBggOp…
40,957
104,471
8,801
676,060
81,034,412
Donald Trump ilk iş gününün planın açıqlayıb: - Transları ordu və məktəblərdən çıxaracam; - ABŞ siyasəti yalnız iki cins üzərində formalaşacaq: kişi və qadın; - Kişiləri qadın idman yarışlarından uzaq tutacam; "Sizcə bunu 1-ci iş günü, 2-ci iş günü yoxsa 3-cü iş günü edim?
1
496
Avtomobil istehsalçıları çox çətin dönəmə qədəm qoyur. Ötən günlərdə Almaniyada "Volkswagen"nin cənazəsi təşkil olunub. Aksiya iştirakçıları şirkətin Almaniyada zavodlarını bağlamasına və işçilərini azaltmasına bu formada etiraz edir. +
1
200
Yapon nəhəngi "Nissan" isə 14 aya investor tapa bilməsə, iflas edəcək. Şirkətdə maliyyə problemləri böyüyür. Bütün bunların fonunda Avropa və Amerika Çin avtomobillərinə qarşı yerli bazarı qorumaq üçün vergi və gömrükləri artırır. Texnoloji savaş gedir rəsmən. +
1
169
Çin höküməti dayanmadan subsidiyalar ilə bütün dünyaya meydan oxuyur. Azərbaycan bazarı isə Çin avtomobillərinin ən sevimli bazarlarından biridir.
78
Bu gün COP29 çərçivəsində Azərbaycanda səfərdə olan "İstanbul Böyükşehir Bələdiyyə" başkanı @ekrem_imamoglu ilə qeyri-rəsmi səmimi bir görüşümüz baş tutdu. Görüş hər nə qədər biznes, yaradıcılıq, "networking" ağırlıqlı olsa da, mənə şəxsində və mənsub olduğu partiyası haqqında beynimdə olan sualları özündən soruşmaq imkanı yaratdı. Düşünürəm ki, lazım olan cavabı da aldım. Ekrem İmamoğlu siyasi partiyalardan, simalardan asılı olmayaraq Türkiyə-Azərbaycan qardaşlığının həmişə prioritet olacağını sualıma cavabında dedi. O, bu qardaşlığın, əlaqənin kökənə, 100 illərə, etnik kimliyə bağlı olduğunu önəmlə vurğuladı. – at Azerbaijan
2
2,037
Farid Pardashunas retweeted
Bakü Valisi Aziz Eldar Azizoğlu ile buluştuk, ardından genç girişimci gençlerle ve iş insanlarıyla bir araya geldik. Valimize ev sahipliği için teşekkürler. İstanbul ve Bakü ilişkilerinin gelişmesi için çalışma yürüteceğiz.
450
250
59
3,911
269,781
Məncə, Zəfər Parkı çox uğurlu alınıb. Hər nə qədər yenə sosial mediada hər şeyə mız qoyanlar bəyənməsə də, düşünürəm ki, görüntü geniş bucaqdan baxanda çox gözəldir. Əlaqəsi olmasa da, mənə "Apple Park"ın stilistikasını xatırlatdı. Öndə olan abidə yaxından baxanda çox əzəmətli görünür. Oradan keçəndə zəfərin, qələbənin böyüklüyünü hiss etdirə bilir. Düşünürəm ki, əkilən yaşıllıqlar böyüdükcə bu park istənilən səviyyəyə qalxacaq. Bakı son illərdə çox dəyişib. Ümumiyyətlə, son 4 il bizi çox dəyişib. Üzərimizdən yük götürülüb, başımız ucadır. Zəfər günümüz mübarək. Bu günü bizə yaşadanlar daim qəlbimizdə yaşamalı və uca tutulmalıdır. Onların borcunu heç vaxt qaytara bilmərik. Bizim üzərimizə düşən, varislərinə yaxşı baxmaq və daha yaxşı Azərbaycan yaratmaqdır. *fotonun müəllifini tapa bilmədim. Üzərində süni intellekt ilə rəngləmə və piksel artımı etmişəm.
104
Sosial şəbəkələrdə yayılan "peyvəndə görə zəng edəcəklər, qətiyyən 1-i basmayın" başlıqlı dələduzluq növü həqiqəti əks etdirmir. Hazırda belə bir hücum növü yoxdur və texniki cəhətdən zəng vasitəsilə smartfona müdaxilə olunmur. Bu məlumatı yaymaq, vətəndaşlarda panika və şübhə yaratmaq, bank hesablarında olan vəsaitləri tez bir zamanda nağdlaşdırmağa sövq etmək məqsədini güdür. Vətəndaşlardan yalnız rəsmi və sahənin mütəxəssisləri tərəfindən yayılan xəbərdarlıqlara diqqət etmələrini xahiş edirik. – at Azerbaijan
1
75
Bu səhifələrin Xankəndi Universitetində olan tələbələrin əyləncəsini paylaşıb, söydürmək istəyi nədir belə? İnsanlar da utanmadan övladları yaşında olan uşaqları təhqir edirlər ki, "niyə oynayırlar?", "niyə kabab yedilər?", "niyə bu musiqiyə qulaq asdılar?" Məzələnirsiniz??? +
1
1
3
116
1-ci kursda guya siz Bethovenə qulaq asmısınız? Ya nüvə araşdırmalarından kurs işi yazmısınız? Nədir bu başqalarının üstünə gözlənti yıxmaq fetişi? Elə bil uşaqların yerinə bunlar bal yığıb, ora girib. +
1
1
61
Uşaqların ola bilər zövqü yoxdur, hələ dünya görüşləri tam formalaşmayıb. Amma bu bizim müzakirə edəcəyimiz məsələ deyil də. Hamı elə başlayır. Universitet və sosiallaşma rəndələyib, düzəldir.
1
55